DİN-in 1-ci qrup Qarabağ əlili Məğrur Bədəlsoy dünən saat 13-40 radələrində Prezident Administrasiyasının qarşısında özünü yandırıb. Onun verdiyi açıqlamasına görə, XDMX əməkdaşları gəlib söndürüblər və təcili yardım çağırmaq əvəzinə polislə 9-cu PB-yə aparıblar. Orada 1 saat saxladıqdan sonra təcili yardım gəlib və 5 nömrəli yanıq xəstəxanasına aparıblar.

Məğrub Bədəlsoy bildirir ki, növbətçi həkim cərrah İsgəndər İsgəndərov baxan kimi xəstəxanada qalacağımı bildirdi. Polislərin təzyiqindən sonra dedi ki,qospitalizasiyaya icazə yoxdur. Məgər qospitalizasiyaya icazəni polis verir? İ.İsgəndərov daha sonra bildirdi ki, nə vaxt gəlsəm qəbul edəcək xəstəxanada yatmağa. Özü də dedi ki, mənə yerimək olmaz, yataqda olmalıyam. Bəs niyə polisin göstərişilə saxlamadı?

Bu həkimin peşə vəzifəsini icra etməməsi deməkdir.Həkim İsgəndər İsgəndərovun cəzalanmasını tələb edirəm. Məni yenidən 9 PB-yə aparıb 3 saat saxladılar. Artıq ayağımdakı ağrılar dözülməzdir. Sizdən uçotda olduğum DİN-in qospitalında müalicəmi davam etdirməyimi diləyirəm. Çox pis durumdayam.

Qarabağ qazisi daha sonra yazır ki, Sabunçu RİH yenidən özbaşınalığa başlasa, bu dəfə özünü Xəzərə atıb öldürəcək.

Xatırladaq ki, bir-iki gün öncə Qarabağ qazisi Daxili İşlər naziri, cənab R.Usubova müraciət ünvanlamışdı. Müraciətdə deyilirdi:

Sabunçu RİH-in Həbib adlı komunxozu 1991-ci ilin 29 mayından-25 il qabaqdan 23202 saylı icarə müqaviləsi ilə mənə verilən Nardarandakı 923 saylı bağ sahəsində ev tikməyimə rüşvət istəyib, ala bilməyəndə qohumlarından ibarət qoçu dəstəsilə 3 maşın betonumu, daşımı, sementimi -toplam 5 minlik mal-materialımı məhv edib, hörgünü uçurub. Orada işləyən fəhləni isə döyüb.Bunlar həmin gün bağda olan Qarabağ qazisi Xaliq Abbaszadənin və sözügedən RİH-in təsərrüfat müdiri İsa Həsənovun gözü qarşısında baş verib. İsa Həsənov bu qanunsuzluğun Sabunçu RİH başçısının göstərişi olduğunu deyib və başçının qəbuluna dəvət edib. Mən həmin vaxt belimin ağrısından yatağa məhkum olduğumdan və sonra da bu nədənlə xaricə müalicəyə getdiyimdən qayıdanbaş 102 xidməti yolu ilə qanuni hüququmun bərpasını tələb etdim.

05 sentyabr 2016-cı ildə 15-ci polis bölməsindən döyüş dostum Xaliq bəylə birgə Sabunçu RİH-in 1-ci müavini Güloğlan Məmmədovun qəbuluna göndərildik. Müavin etik normaları pozaraq səlahiyyətini aşıb öz bağımda tikinti aparmağa icazə verməyəcəyini bildirdi və məni -DİN-in zabit-pensiyaçısını, Qarabağ əlilini "bandotdel”lə hədələdi. Belə məlum olur ki, Qarabağ əlili öz bağında koma tikirsə, banditlik edir!?(???).

Müavinə və təsərrüfat müdirinə "Şəhərsalma və Tikinti Məcəlləsi”nin 79 (Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri) və 80 (Məlumatlandırma icraatı) maddələrini xatırlatsam da,bunlar bəhanə tapdılar ki, sən demə, bağ Nardarana yox, Kürdəxanıya aiddir. Nə qədər anlatdım ki, bağı mənə 25 il qabaq BŞİH-in Bağlar Birliyi verib, Ləiş bağlarının çox hissəsi Nardarana düşür, anlamaq istəmədilər. Lap Kürdəxanəya düşsün, bəyəm bu icra hakimiyyətinə haqq verir ki, 5minlik betonumu, əmlakımı məhv etsin, fəhləni döysün, bağımda ağalıq etsin?

06 sentyabr 2016-cı ildə isə Sabunçu RİH-in elektron poçtundan e-mailimə cavab gəldi ki, "qanunvericiliyin tələbinə əsasən” torpağa çıxarış olmadığından bağda ev tikilməyə icazə verilmir (məktub əlavə olunur). Bu hansı qanunvericilkdə yazılıb, bilinmir.

"Şəhərsalma və Tikinti Məcəlləsi”nin 79 və 80-ci maddələrində isə yazılıb ki, mülkiyyətdə, icarədə, istifadədə olan torpaqlarda hündürlüyü 12 metrdən çox olmayan tikinti obyektlərinin, yaşayış evlərinin tikintisinə icazə tələb olunmur. Başqa sözlə, icra hakimiyyətinin məndən qanunsuz sənəd tələb edib, qanuni işimə mane olması üzə çıxır.

Öz bağıma girməyimə, orada özümə koma tikməyimə Sabunçu RİH saxta "qanunvericilklə” qadağa qoyub. Sizdən bircə diləyim var: Həyatımı və əmlakımı qorumağa, ev tikən vaxt oradakı fəhlələrin döyülməsinin qarşısını almağa beş polis və bir o qədər də Qarabağ qazisi ayırasınız. Sabunçu RİH-in Konstitusiyadan, qanunlardan xəbəri olmasa da, Ana Qanunun 79-cu maddəsində yazılıb ki, heç kəs Konstitusiyaya, qanunlara zidd hərəkətlərə məcbur edilə bilməz. RİH-in qanunsuz sənəd, icazə tələblərinə Konstitusiya yol vermir. Ona görə də özümə koma tikmək işimi davam etdirəcəyəm. Həyat, əmlak təhlükəsizliyimi təmin etməyinizi diləyirəm. (qaziler.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300