Bu gün Müsavat Partiyası Binəqədi rayon təşkilatının özək sədri və Müsavat Gənclər təşkilatının şura üzvü Qədir Nağıyevin əmisi və əmisi oğluna ayrı aylıqda, özünü Füzuli rayon icra hakimiyyətinin əməkdaşı kimi təqdim edən şəxs zəng edərək, Qədir Nağıyevlə bağlı təhdidlər edib.

Bu haqda "Basta”ya Müsavat Gənclər təşkilatının sədri Əbülfəz Sadıxbəyli məlumat verib.

"Əllərində Qədirin mitinqdə iştirakını sübut edən şəkillər olduğunu, adının qara siyahıda olduğu, bu əməllərindən çəkinməsə başına iş gələcəyi ilə təhdidlər ediblər”, – Əbülfəz Sadıxbəyli bildirib.

Qeyd edək ki, bundan əvvəlki günlərdə də bir sıra müsavatçılar polis tərəfindən saxlanılıblar. Müsavat Partiyasının mətbuat xidməti saxlanılan digər şəxslərin siyahısını açıqlayıb. Onların adlarını təqdim edirik:

Sənani Hüseynov – Binəqədi rayon təşkilatı,
Nürəddin Rüstəmli – Mingəçevir,
Sərvan Davudoğlu – Sumqayıt,
Pərvin İsrafil – Sumqayıt,
Ayxan Hacıbəyli – Nəsimi,
Yaşar Türkazər – Xəzər,
Vüqar Zaman – Xətai,
Fizuli Zeynalov – Suraxanı,
Nizaməli Suleymanov – Suraxanı,
Valeh Hümmətoğlu – Nərimanov,
Nizami Osmanuşağı – Salyan,
Əli Quliyev – Laçın,
Rövşən Məmişov – Sumqayıt.
 
Müsavatdan verilən məlumata görə, Biləsuvar və Şirvandan mitinqə gələn müsavatçılar da polis tərəfindən saxlanılıb.
 
Son günlər ərzində AXCP-nin də bir qrup fəalı repressiyalarla üzləşib. Bu gün Müsavat Partiyası mitinqlərlə əlaqədar repressiyaları pisləyən bəyanat yayıb, tutulanların dərhal azad olunmasını tələb edib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300