Məşhur filosof alim Entoni Flyunun son çıxışı elm aləmini şoka salıb.


Qeyd edək ki, elmi ateizmin əsas dayaqlarından biri olan Flyu on illər boyu Allaha inamın özünü doğrultmadığı barədə kitablar nəşr edib və mühazirələr oxuyub. Lakin son illərdə baş verən bir sıra ixtiralar ateizm müdafiəçisinin öz baxışlarını dəyişməyə məcbur edib. Flyu ictimaiyyət qarşısında çıxış edərək səhv etdiyini bildirib: «Kainat öz-özünə yarana bilməzdi. Belə görünür ki, o, bizim təsəvvür etdiyimizdən daha qüdrətli bir Kimsə tərəfindən yaradılıb».


O, əvvəllər başqa ateistlər kimi uzaq keçmişdə ölü materiyadan sadəcə canlı materiyanın doğulduğuna inandığını deyib: "Lakin DNT molekullarının quruluşları barədə müasir məlumatlar onun öz-özünə yarana bilmədiyini, Kiminsə tərəfindən yaradıldığına şahidlik edir. Molekulun özündə saxladığı genetik kod və informasiyaların ensiklopedik həcmi kor-koranə təsadüfü inkar edir."(faktxeber.com)

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300