Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. Musavat.com-un məlumatına görə, hadisə Bakının 1-ci mikrorayonundakı "Dalğa” restoranında baş verib. 

 
Restoranda aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri keçirilməliymiş. Ələkbər Kazımovski də məclisin başlamasına bir qədər qalmış restorana gəlib. Əməkdar artist Kübra Əliyeva hadisə yerində jurnalistlərə bildirib ki, ölüm anında rejissorun yanında olub: "Heç məclis başlamamışdı. Ələkbər gəldi Nahidə xanımla görüşdü, keçdi Məhərrəmin (rejissor Məhəmməd Bədirzadə) yanına. Mən ayağa qalxdım ki, iki rejissoru qucaqlayım. Bir də gördüm Ələkbərin başı düşdü Məhərrəmin çiyninə”.
 
Ələkbır Kazımovski huşsuz vəziyyətdə restoranın foyesinə çıxarılıb. Həkim briqadası çağırılsa da, tanınmış rejissoru həyata qaytarmaq mümkün olmayıb. Ailəsinə məlumatı aktrisa Kübra Əliyeva verib: "Xəbəri çəkinmədən verdim. Ona ilk sualım bu oldu ki, Ələkbərin ürəkgetməsi varmı. Dedi "yox”. Həkimlər heç bir diaqnoz qoymadılar. Amma artıq öldüyünü dedilər. Xanımı inanmadı. Bir qohumlarının tövsiyyəsi ilə bəzi prosedurları etdilər. Amma artıq gec idi”.
 
Rejissorun meyiti ailəsinə təhvil verildikdən sonra məclis başlayıb və adi axarında davam edib.
 
Qeyd edək ki, Ə. Kazımovski "Tənha durna uçuşu”, "Sonuncu məhəbbət”, "Şirin bülbül” vəs filmlərin müəllifi idi. O, uzun illər AzTV-də və ANS telekanalında çalışıb.
 
Ə. Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur.
 

 
 






Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300