liftiyev

 

"Reket jurnalistlər tərəfindən şantaj olunuram. Mənə zəng edib təhdid edirlər, açıq şəkildə rüşvət istəyirlər”.

Bunu AzNews.az-a müraciət edən sahibkar Nadir Liftiyev deyib. Bildirib ki, bəzi KİV-lərdə onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılır, bununla da işgüzar nüfuzuna xələl gətirilir: "Haqqımda həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayırlar. Yazırlar ki, guya mən Fövqəladə Hallar Nazirliyinin yüksək çinli məmuruna və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova rüşvət vermişəm. Razim müəllimin şəklini verib heç bir fakta söykənməyən xəbər tirajlayırlar. Üstəlik kiminsə haqqını yediyimi bildirirlər. Bütün bunlar ağ yalandır. Hərə özünə bir sayt, qəzet açıb cinayətlə məşğul olur”.

Sahibkar həmin mətbuat orqanından ona zəng gəldiyini və əlavə materiallar verəcəkləri ilə hədələndiyini bildirib. N.Liftiyev qəzet rəhbərliyindən Mətbuat Şurasına və məhkəməyə müraciət edəcəyini də deyib: "Artıq vəkilim lazımi sənədləri hazırlayıb. Bazar ertəsi iddiamı rəsmi sürətdə irəli sürəcəyəm. Aidiyyəti qurumlardan, eləcə də peşəsinə hörmət edən, jurnalistikamızın inkişafında xidmətləri olan hər bir qələm sahibindən xahiş edirəm ki, reket jurnalistlərə qarşı mübarizədə mənə dəstək olsunlar. Belə reketlərə görə neçə iş adamları və vəzifəli şəxslər ziyan çəkib, nüfuzları zədələnib”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı müsahibə vermişdi. O, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq ölçü götürüləcəyini bildirmişdi: "KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən "kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda "yoxlamalar”, evlərində "axtarışlar” aparılması, məmurların "həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə "əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300