Arif Hacılı: "Ümumxalq maraqları naminə 24 sentyabr mitinqi həm də Müsavat Partiyasının mitinqidir!”

Bu gün 18 sentyabr 2016-cı il tarixdə Müsavat Partiyasının təşkilatçılığı ilə "Yaşasın Respublika” şüarı altında mitinq keçirilmişdir. Hakimiyyət yetkililəri tərəfindən müxtəlif maneələrə – həbs, yolların bağlanması, hədə qorxulara baxmayaraq mitinq yüksək səviyyədə baş tutmuşdur. Mitinq iştirakçıları 26 noyabr tarixdə keçiriləcək referenduma öz etirazlarını bildirmək üçün toplaşmışdılar.

Çıxış edən natiqlər müxtəlif dəlillər gətirərək referendumda qəbul olunması üçün təklif edilən dəyişikliklər Azərbaycan Respublikası üçün hansı təhlükələr yararadacığını toplantı iştirakçılarının nəzərinə çatdırıblar.

Sonda çıxış edən Müsavat Partiyası başqanı Arif Hacılı ümummilli maraqlardan çıxış edərək 24 sentyabr tarixinə Müsavat Partiyası mitinq təyin olunmayacağı bildiurib.

Arif Hacılı qeyd edib: "Bazar günü mitinq keçirməyə qanun yol vermir. Referenduma bir gün qalmış təbliğat aparmaq olmaz. Sonra məlum oldu ki, Milli Şura hələ sentyabrın səkizində qərar qəbul edib və Bakı şəhər İcra Hakimiyyətinə 24 sentyabrda mitinq keçirmək üçün müraciət edib. Biz Bakı şəhər İcra Hakimiyyətinə hələ müraciət etməmişik. Bunun üçün sabah da vaxtımız var. Amma Müsavat Partiyası rəhbərliyi hesab edir ki, indiki ağır şəraitdə demokratik müxalifətin bir araya gəlməsi naminə, biz 24-ü üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyə də bilərik. Çünki Bakı şəhər İcra Hakimiyyəti eyni yerə eni və ya müxtəlif satlara iki müraciətin olduğunu əsas gətirərək icaszə verməyə də bilər. Mən sizə müraciət edirəm – müsavatçılara, cümhuriyyətçilərə, bizimlə birlikdə, həmrəy olan təşkilatlara, gənclərə, bitərəflərə – 24 sentyabr mitinqi həm də Müsavat Partiyasının mitinqidir!!!”

Mitinq qətnaməsnin qərar hissəsinin oxunması və Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Aksiyanın diqqətçəkən məqamları:

1. Müsavatın sentyabrın 24-də mitinq keçirmək qərarı olsa da, Arif Hacılı Milli Şuranın belə bir müraciətinin artıq meriyaya göndərildiyini, bu səbəbdən təkrar müraciət etməyəcəklərini bildirdi – "Milli Şuranın mitinqi, həm də bizim mitinimizdi” dedi. Sentyabrın 24-də nəhayət birgə aksiyanın keçirilməsi üçün zəmin yaradıldı.

2. Əvvəlki aksiyalardan fərqli olaraq, 18 sentyabr mitinqində nardaranlılar, 1-2 nəfər istisna olmaqla, iştirak etmirdilər. Bununla belə Arif Hacılı Nardaranlı məhbusların və inancına görə tutulanların müdafiəsi ilə bağlı önəmli açıqlamalar verdi.

3. Mitinqdə ilk dəfə Əli İnsanovun vicdan məhbusu olaraq azad edilməsi tələb olundu.

4. D-18 Hərəkatının gənc lideri Ruslan İzzətli göstərdiyi natiqlik qabiliyyəti ilə onu ilk dəfə meydanda dinləyənləri təəccübləndirdi.

5. Mitinqdə Rəsul Quliyevin tərəfdarları və partiyası iştirak etmirdi, halbuki eks-spiker belə bir muraciət etmişdi.

 

Azər İsmayıl, Mustafa Hacıbəyli

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300