Bir müddət əvvəl saytımızada məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin (Canıyevin) adını çətinliklə dəqiqləşdirə bildiyimiz anası Məsməxanım Hacıyevanın insult keçirməsi haqda məlumat vermişdik. Verilən məlumatda Məsməxanım Hacıyevanın xeyriyyəçi qadın olduğu da bildirilirdi.

Bu gün Bizimyol.info saytına Lənkəranskinin ailəsinə yaxın mənbənin bildirdiyinə görə, onun anası Məsməxanım Canıyeva televiziyyada yayımlanan bir çox sosial proqramlarda onlarla ehtiyyacı olan şəxslərə başqa adla köməkliklər edib. Hətda ATV kanalında yayımlanan Zaur Baxşəliyevin aparıcısı olduğu "Ümid var” və "Bizimləsən” verlişlərində bir çox ehtiyacı olan adamlara pul və qiymətli əşyalar göndərdiyi bildirilir.

Teleaparıcının verilişində zaman-zaman ən müxtəlif ehtiyyacı olan şəxslərə göndərdiyi külli miqdarda pullara və qiymətli əşyalara görə təşəkkür etdiyi Hacıxanım, Rövşən Lənkəranskinin anası Məsməxanım Hacıyeva imiş. O əsl adının çəkilməsini istəməsə də, teleaparıcı onu Hacıxanım deyə bildirirmiş.

Məsələ ilə bağlı sayta açıqlama verən məşhur teleaparıcı Zaur Baxşəliyev fikirlərini belə ifadə edib. "Bəli mənim verilişimə həcixanımlar ehtiyyacı olanlara pullar, qiymətli əşyalar göndərib. Amma bunun hansının Lənkəranskinin anası olduğunu bilmirəm. Lənkərandan Həcixanım verilişimizə yardımlar edib. Amma onun Lənkəranskinin anası olduğunu bilmirəm. Çünki bizə təqdim edilən konvertlərdə xeyriyyəçilər öz adlarını qeyd etmirlər. Mən Lənkaranskinin anasından telefon zəngi alıb, bu pulu mən göndərmişəm deməyib. Belə hal olmayıb. Ola bilər göndərib, amma başqa adla, çünki göndərilən konvertin üstündə nə yazılırdısa, mən də elə təqdim edirdim. Onların həyatında hazırda həssas məqamdı, ona görə istəmirəm hansısa açıqlama verib, təşvişə səbəb olam. ”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300