ABŞ hökuməti İŞİD-i maliyyələşdirən iki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Məhəmməd Əl-Səid Əlhmidan və Hüseyn Camus adlı şəxslərin Türkiyədə yaşadığı bildirilib.
Onların mülkiyyət və əmlak maraqları ABŞ-ın məhkəmə sisteminin obyektinə çevrilməklə yanaşı, bu şəxslərin Amerikada kiminləsə transaksiyasına qadağa tətəbiq edilib.
Maliyyə Nazirliyinin bildirdiyinə görə, Əlhmidan İŞİD-i on minlərlə dollar və xarici döyüşçülərlə təmin etməklə yanaşı, terror qrupunun maliyyə vasitəçisidr.
"Bu, İŞİD-i maddi dəstəkdən mərum etmək yolunda atılan sonuncu addımdır" -deyə nazirliyin bəyanatında bildirilib. Trea
Bu şəxslərin adı İŞİD üzvlərinin uzun silahısına əlavə edilib ("Amerikanın səsi").