Neftçalada mitinq çağırışı edən gənci iş yerindən polis idarəsinə aparıblar
 
Bir neçə gündür mətbuatda mitinqlərdə iştirak edən şəxslərin polis şöbələrinə aparılması,rayonlardan Bakıya gəlmək istəyən vətəndaşlara yaradılan problem,mitinq ətrafına yerləşdirilən kameralar və s. bu kimi xəbərləri izləmişdik.
 
Bu gün səhər saatlarında Neftçala rayonu Mirqurbanlı kənd sakini Fərəcov Elnur Hüseynqulu oğlun iş yerindən polis şöbəsinə aparıblar.Bu haqda Uluyol.info-ya  Elnur Fərəcovun özü məlumat vermişdir.
 
"Son günlər sosial şəbəkələr üzərindən mitinq çağırışları etməyim,11 sentyabr mitinqində iştirakım səbəbindən Polis şöbəsinə aparılıram"-deyə Elnur Fərəcov vurğulamışdır.

 Xatırladaq ki,Elnur Fərəcov siyasi əqidəsinə görə 2010-cü ildə də Polis şöbəsinə aparılmış və sutkalıq həbs verilmişdi.

Elnur Fərəcov AXCP-nin Neftçala rayon təşkilatının üzvüdür.
 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300