Azərbaycan qanunlarına görə, məmurların biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Amma bütün qanunlarımız kimi, bu qanuna də məhəl qoyan yoxdur. Bu gün ölkədəki əksər gəlir mərkəzləri məhz məmurların özlərinin və ailə üzlərinin nəzarətindədir. Onlar qanunların tələblərinə məhəl qoymayaraq, biznes qurur, böyük pullar qazanıb "kiçik padşahlar"a çevirilirlər.

 


Bu gün Azərbaycanın rayon və şəhərlərinə başçılıq edən icra başçıları əslində böyük biznesmenlərdir. Onlar başçılıq etdikləri inzibati rayonun bütün gəlirli sahələrini öz əllərinə alır, monopoliya yaradır, sahibkarlığın inkişafına mane olur. 

Biznes fəaliyyəti ilə məşğul olan icra başçılarından biri də Nizaməddin Quliyevdir. Adı bir müddət əvvəl DTX-nin keçirdiyi "qızıl əməliyyatı"na qarışan Goranboyun icra başçısının geniş biznes şəbəkəsi var. Bu yazıda onun restoranlarından biri ilə bağlı məlumat verəcəyik.

MilliYol.Az-a verilən məlumata görə, başçının rayonda "Dost qapısı" adlı motel-restoranı fəaliyyət göstərir. Ağca kəndindən Naftalana gedən yolda yerləşən motel-restoran əyləncə gecələri ilə məşhurdur. Belə ki, Naftalana istirahətə yollananlar gecələr "Dost qapısı"na yollanaraq səs-küylü əyləncə məclisləri qurur, gecə səhərə qədər əylənirlər. Mənbə iddia edir ki, icra başçısına məxsus motelə əxlaqsız qadınları da aparmaq mümkündür. Bunun üçün qadının pulundan başqa motel rəhbərlyinə 50 manat "rüsum" ödənilməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizlik Xidmətinin Nizaməddin Quliyevin ətrafında "qızıl əməliyyatı” keçirməsi, İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsinin həbs olunması barədə xəbər yayılmışdı. Rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə icra başçısı Nizaməddin Quliyev gizli qazıntı işləri apartdıraraq, həmin ərazidən qızıl çıxartdırmaqla məşğul olub.

Gununsesi.info-nun yaydığı məlumatda bildirilirdi ki, Nizaməddin Quliyevin qazıntı apartdırdığı ərazi Mədəniyyət və Turizm Nazirliyinin Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin qeydiyyatında olan "Osmantəpə kurqanı” adlanır. Son aprel döyüşlərindən sonra neytral zonada qalan bu ərazi Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçib. DTX-nin əməliyyatından təxminən 1 ay əvvəl Nizaməddin Quliyev həmin ərazidə qızıl axtarışına çıxıb. Lakin mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin DTX rəhbərliyinə müraciətindən sonra əməliyyat hazırlanıb və keçirilib. İcra başçısının yaxın ətrafında daxil olan bir neçə vəzifəli şəxs həbs edilib və qızıl axtarışı yarımçıq qalıb.

Qeyd edək ki, bu məlumatlar indiyədək Nizaməddin Quliyev tərəfindən təkzib olunmayıb.

Yazıdakı faktlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Uluyol.info
 
Nizaməddin Quliyevə məxsus restoranla bağlı şok iddia - FOTOLARNizaməddin Quliyevə məxsus restoranla bağlı şok iddia - FOTOLARNizaməddin Quliyevə məxsus restoranla bağlı şok iddia - FOTOLAR
Nizaməddin Quliyevə məxsus restoranla bağlı şok iddia - FOTOLAR

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300