Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Qarabağ” da ilk oyununa çıxıb.
 
Ardıcıl üçüncü dəfə Çempionlar Liqasında mübarizəni dayandırıb, daha aşağı səviyyəli turnirdə mübarizə edən Ağdam klubu Çexiya təmsilçisi "Slovan”ı qəbul edib.
 
Görüş qonaqların qolu ilə başlayıb. Matçın hələ 10-cu saniyəsində Yan Sikora hesabı açıb. Şokdan tez ayılan çempionumuza bərabərlik üçün 6 dəqiqə lazım olub.
 
İlk qolda kobud səhvə yol verən Miçel səhvini düzəldib. Künc zərbəsindən Daninin ötürməsini başla qapıya yönəldən ispaniyalı status-kvonu bərpa edib.
 
Bərabərlik qolundan sonra təşəbbüsü tamamilə ələ alan Qurban Qurbanovun yetirmələri dəfələrlə önə keçmək şansı yaxalayıblar. Ancaq xüsusilə də, Reynaldonun ləng və məsuliyyətsiz oyunu hesabın dəyişməsini əngəlləyib.
 
Bir epizodda künc zərbəsindən gələn ötürməyə birbaşa zərbə endirən Rəşad Sadıqov möhtəşəm qola imza ata bilərdi, ancaq rəqib qapıçı kapitanın bu arzusunun reallaşmasına mane olub.
 
İlk hissə bu hesabla başa çatıb.
 
İkinci hissədə birincinin sonları kimi başlayıb. Aramsız hücumlar edən "Qarabağ" ön xətt oyunçularının səriştəsizliyi ucbatından məntiqi sonluğu gətirə bilməyib. Oyunçularımızın bu məsuliyyətsizliyi isə futblun yazılmamış qanunu olan "Vurmasan, vurarlar" prinsipini işə salıb. 67-ci dəqiqədə veteran Milan Baroş qonaqları hesabda irəli çıxarıb.
 
Bundan sonra yenidən tam qüvvə ilə irəli atılan təmsilçimiz bir də oyuna əlavə olunmuş sonuncu - 4-cü dəqiqədə qola sevinib. Komandanın kapitanı Rəşad Sadıqov "gəmisi"nin xilasedcisi olub.
 
Avropa Liqası
Qrup mərhələsi. I tur
15 sentyabr
 
"Qarabağ” – "Slovan” (Çexiya) - 2:2
Qollar: Miçel, 7, Rəşad Sadıqov, 90+4  - Yan Sikora, 1, Baroş, 68
 
Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)
Hakim-İnspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
"Dalğa Arena"
 
"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Baş məşqçi: Qurban Qurbanov
 
"Slovan”:  19. Martin Dubravka, 2. Radim Briet, 5. Vladimir Kufal, 6. Yan Sikora, 10. Zdenek Folprekt, 11. David Hovorka, 23. Eqon Vuk, 24. Daniel Bartl, 26. Lukaş Bartoşak, 27. Milan Baroş (k), 31. Martin Latka
Ehtiyat oyunçular: 17. Vaçlav Qladki, 4. Andrey Karafyat, 7. Milan Nitiranski, 9. Jan Navratil, 16. İqor Sukennik, 21. Nikolay Komliçenko, 28. Ubonq Ekpai
Baş məşqçi: Yindrix Trpişovski

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300