Ötən həftə Qazaxıstan parlamentinin komitə iclasında ekstremizm və terrorizmlə bağlı qanun layihəsinə baxıldı. Qanun layihəsində sələfizmin (vəhhabilik) qadağası nəzərdə tutulmayıb. Ekspertlər əmindirlər ki, sələfilərin dövlət orqanlarda güclü lobbisi mövcuddur.
 
Bu haqda "365info.kz” saytında Serqali Aslanbek yazıb.
 
Onun sözlərinə görə, ölkənin siyasi elitası sələfizmin cəmiyyət üçün nə qədər təhlükəli olduğunu anlamir.
 
Layihənin müzakirəsi çərçivəsində 19 qanun və 5 məcəlləyə dəyişikliklərin daxil edilməsi nəzərdə tutulub. Parlamentin beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Marat Kolkobayevin sözlərinə görə, yeni qanunda ekstremist xarakterli cinayətlər üzrə cəzalar gücləndirəcək.
 
Ekstremist xarakterli cinayətlərlərlə əlaqəsi olan şəxslərin əmlakı müsadirə ediləcək. Bundan başqa, Marat Kolkobayev qeyd edib ki, silah, döyüş sursatları və partlayıcı maddələrin saxlanıldığı, həmçinin ov silahlarının satıldığı mağazaların mühafizəsini təmin edən təşkilatlar qarşısında xüsusi tələblər qoyulacaq.
 
Daxili işlər nazirinin müavini Rəşid Jakupov bildirib ki, qanun layihəsi çərçivəsində Astana və Almatı şəhərlərində qeydiyyat qaydaları sərtləşdiriləcək. Ancaq qanun layihəsində sələfizmin qadağası nəzərdə tutulmayıb.
 
"Əmlakın müsadirə edilməsi kamikadzeni dayandıracaq? Şəxsi həyatını qurban verməyə hazır olan insanların cinayətkar niyyətlərinə əmlakın müsadirəsi mane ola bilərmi?”, - Serqali Aslanbek sual qoyub.
 
Ekspert Kayrat Joldıbayulının sözlərinə görə, əgər insanın şüuru ekstremizm zəhəri ilə zəhərlənibsə, ona heç bir silah lazım deyil. O, sələfizmin qanunvericiliklə qadağan edilməsini təklif edir: "Qazaxıstanda "Tabliqi jamaat” təşkilatı var idi, biz onu qadağan etdik. Sələfizmlə mübarizə üçün biz başqa standartları niyə axtarırıq?”  - deyə Kayrat Joldıbayulı deyib.
 
Onun sözlərinə görə, qanunvericilikdə təcili məsələlərdən biri sələfizmin qadağasıdır.
 
Son zamanlar ölkədə Darın Mubarov kimi şəxslər sələfizmin aktiv təbliğatçıları kimi özünü göstərirlər. Səlahiyyətli orqanlar isə yalnız bəyanatla çıxış etməyə məcburdur.

"Bu, məhz gənclərin əllərinə silah götürməsinə imkan yaradır. Səlahiyyətli orqanlar problemin səbəbləri ilə mübarizə aparmaq əvəzinə, onun nəticələrinə daha çox diqqət ayırırlar. Bir sözlə, sələfizmin tərəfdarları öz ideologiyasının qanunverici qadağasına imkan verməmək üçün səylə çalışırlar. Əgər onları izləməklə kifayətlənsək, Aktobe və Almatıda baş vermiş hadisələr adiləşəcək. Burada məntiqli olaraq sual çıxır: hakimiyyət sələfilərin nə vaxt Akorduya ("Akord” prezident iqamətgahı – red.) girəcəyini gözləyir?” - Serqali Aslanbek yekunlaşdırıb .

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300