Bu gün "ANS Müstəqil Yayım və Media" Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılıb.

Musavat.com-un məlumatına görə, hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə ANS-in yeni vəkili Fuad Ağayev ərizə verərək, məhkəmə iclasının təxirə salınmasını istəyib: "ANS mənimlə yeni müqavilə bağladığı üçün işlə tanış deyiləm. İşlə tanış olmağım üçün məhkəmədən vaxt istəyirəm".

Hakim isə iddiaçı tərəfin nümayəndəsinə sual verib:"Nə üçün bu gün məhkəmənin olduğunu bildiyiniz halda vəkilinizi dəyişdiniz?"

İddiaçı tərəfin nümayəndəsi isə cavab verib: "Biz daha yüksək keyfiyyətli hüquqi yardım almaq istəyirik. Ona görə də bu cür addım atdıq".

MTRŞ-nin nümayəndəsi Toğrul Məmmədov hakimə bildirib ki, qarşı tərəf lüzumsuz yerə vaxtı uzadır: "Ona görə də xahiş edirik ki, məhkəmənin təxirə salınması ilə bağlı istəkləri nəzərə alınmasın". 

Hakim isə prosesin qeyri-müəyyən vaxtadək təxirə salındığını bildirib.

Daha sonra ANS TV-nin baş direktoru Mirşahin Ağayev jurnalistlərə açıqlama verərək, bildirib ki, məhkəmədən ədalət gözləyirlər: "Daha öncə də qeyd etdiyim kimi, biz yalnız məhkəmədən ədalət gözləyirik. Gedən proseslər onu deməyə əsas verir ki, ümidsizliyə qapılmaq olmaz. İnanıram ki, ANS-in məsələsi sıradan bir məsələ deyil. Söhbət Azərbaycanın simvol, rəmz məsələsindən, 25 illik tarixi olan qurumdan gedir. ANS-in keçdiyi yolu, sadaladıqlarımı nəzərə alaraq inanıram ki, ölkə başçısı ANS-in sıradan çıxmasına imkan verməz. Eyni zamanda Türkiyədə də ANS-lə bağlı bəzi araşdırmalar aparılır. Bu araşdırmalar nəticəsində də informasiyalar ortaya çıxır ki, ANS-in FETÖ və digər bu kimi işlərlə heç bir əlaqəsi yoxdur".

Xatırladaq ki, MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq, "ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.

Əli Rais,
Musavat.com

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300