Müsavat Partiyasının sentyabrın 18-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə müsbət cavab verilib. 

Aksiya 18 sentyabr saat 15:00-da, "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda başlayacaq. 

Aksiya "Yaşasın Respublika” şuarı altında keçiriləcək.

Mitinqə iki gün qalmış Bakı Şəhər İcra Hakimiyyəti aksiyaya icazə verilməsi bağlı qərarını açıqlayıb.
 
Bu barədə Müsavat Partiyasının mətbuat xidməti bastainfo.com saytına məlumat verib.

Müsavat başqanı Arif Hacılı aksiyada iştirak etmək üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə deyilir: "Dəyərli həmvətənlər! Əziz bacı və qardaşlarım!18 sentrabr, bəlkə də, hər birimizin, azad yaşayıb, azad işləmək, təqiblərdən xilas olub asudə yaşamağımız üçün vacib olan demokratik prosesin yüksəlişinin başlanğıc günü olacaq. Ona görə də Vətənin gələcəyini düşünən hər kəsi 18 sentyabrda "Məhsul” stadionunda razılaşdırılmış mitinqə dəvət edirəm. Gəlin taleyinizə sahib çıxın, gələcəyinizi müəyyən edin!

18 sentyabrda mitinqə gəl!

Respublikanı qoru!”

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300