Hörmətli xanımlar və bəylər!

Əziz bacılarım və qardaşlarım!

18 sentyabr saat 15-də Müsavat partiyasının təşkilatçılığı ilə Cümhuriyyət dəyərlərini qorumaq məqsədilə "Yaşasın Respublika” şüarı altında mitinq keçiriləcək.

18 sentyabr həm də Azərbaycan tarixinin, mədəniyyətinin ən nəhəng şəxsiyyətlərindən biri Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi gündür.

Azərbaycanımızın bir çox digər böyük şəxsiyyətləri, ziyalıları kimi Üzeyir bəy də müsavatçı olub, azadlıq, cümhuriyyət dəyərlərini yüksək tutub, şərqdə ilk operanı yaratmaqla yanaşı ilk demokratik respublikanın yaradılmasında da bilavasitə iştirak edib.

100 il əvvəl öz yaradıcılığı ilə Azərbaycan mədəniyyətinə, ictimai fikir tarixinə böyük təkan verən Üzeyir bəy XX əsrin sonlarında xalqımızın milli-azadlıq hərəkatının yeni mərhələsində də "Koroğlu üverturası”nda əbədiləşmiş ruhu ilə mübarizənin önündə olub, milyonlarla hərəkatçını fədakarlığa, qəhrəmanlığa səsləyib.

Mən hamınızı və hər birinizi 18 sentyabr mitinqinə səsləyirəm!

Azərbaycanı düşünən hər kəs mitinqə gəlsin.

Qarabağı düşünən hər kəs mitinqə gəlsin.

Övladlarını düşünən hər kəs mitinqə gəlsin.

Hətta yalnız özünü düşünən də mitinqə gəlsin.

1988-1991-ci illər Azadlıq Hərəkatının Fədailəri! Gəlin 18 sentyabrda o müqəddəs mübarizə ruhunu bir daha birlikdə yaşayaq!

1993-2016-cı illərdə rejimə qarşı mübarizənin tanınmış-tanınmamış Qəhrəmanları! Yola davam!

Ömründə heç bir mitinqdə iştirak etməmiş Vətəndaşlarım! Gəlin öz taleyimizə bir yerdə sahib çıxaq!

Ziyalılar və özünü ziyalı sayanlar! Gəlin böyük Üzeyir bəyin Üverturasının sədaları altında Vətən sevgisini birlikdə yaşayaq!

Azadlığı, Cümhuriyyəti sevənlər! Gəlin böyük Məhəmməd Əmin Rəsulzadənin liderliyi ilə qurulmuş Respublikamızı birlikdə qoruyaq!

Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300