Uluyol.info xəbər verir ki,11 sentyabrda keçirilən mitinq öncəsi yayılan məlumatlar təsdiqini tapmaqdadır.

Hurriyet.az-ın redaksiyasına  daxil olan məlumatlarda bildirilirdi ki, polis stadiona ən müasir üztanıma kameraları, insanların sifətinin şəkilini çəkən avadanlıqlar yerləşdirir ki, mitinqdən sonra həmin şəkillər vasitəsilə mitinq iştirakçılarını müəyyən edə bilsin. Yeni məlumatlara görü polis artıq bununla bağlı fəaliyyətə keçib, hətta rayonlardan polis şöbələrinə də bununla bağlı tapşırıq verilib. Belə ki, artıq dünən Bakı şəhərində, Sabirabad və Cəlilabadda mitinqdə iştirak edən şəxslərin bir neçəsi müəyyən edilərək saxlanılıb. Sabirabad rayonundan olan və adının gizli saxlanılmasını xahiş edən sakinin sözlərinə görə polislər əllərində üztanıma kamerasından çıxarılmış şəkillərlə birgə onların evinə gedib və onu soruşub. Səbəb kimi mitinqdə iştirakı göstərilib və kamera vasitəsilə bunu sübut edən şəklini valideynlərinə göstəriblər.

Polisin üztanıma kameraları vasitəsilə mitinq ovuMənbənin bildirdiyinə görə polis artıq bütün respublika üzrə bu istiqamətdə hərəkətə keçib, kamera vasitəsilə şəkli çəkilən mitinqdə iştirak edən hər kəsi müəyyən etməklə həbs etməyə hazırlaşır. Məlumata görə belə təqiblər növbəti mitinqlərdə də davam etdirləcək. Mövzunu diqqətdə saxlayacayıq.

Şikayətçi Bakı sakini - Qabilov Saleh

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300