Çempionlar Liqasında daha 4 qrupda mübarizəyə start verilib.

 

Apasport.az saytının məlumatına görə, E, F, G, H qruplarında çıxış edəcək komandalar qitənin ən nüfuzlu klub turnirində sınağa başlayıblar.

 

E qrupunda "Tottenhem” öz meydanında "Monako”ya məğub olub. Moskva MOİK-i isə Leverkuzen səfərindən əzmkar heç-heçə ilə dönür.

 

F qrupunda da azarkeşlər maraqlı mübarizəyə şahidlik ediblər. "Real” "Sportinq” qarşısında son dəqiqələrə 0:1 yenik girməsinə baxmayaraq, Ronaldo və Moratanın qolları ilə qələbə qazana bilib. "Borussiya” D. isə Varşavada "Legiya”ya rəhm etməyib - 6:0.

 

İngiltərə çempionu "Lester” Çempionlar Liqasında debüt matçında "Brügge” səfərində 3 xalı 3 qolla qazanıb. Turnirin ən təcrübəlilərindən olan "Porto” isə "Kopenhagen”lə bacarmayıb - 1:1.

 

Gecənin yeganə qolsuz oyunu "Yuventus”la "Sevilya” arasında olub - 0:0. "Lion” isə Zaqreb "Dinamo”suna 3 qol vurub.

 

Ötən gün yağış səbəbindən təxirə salınan C qrupunun qarşılaşması olan "Mançester Siti” – "Borussiya” M. görüşü də keçirilib. "Şəhərlilər" 4 cavabsız qola seviniblər.

 

Çempionlar Liqası

Qrup mərhələsi

I tur

 

C qrupu

"Mançester Siti” (İngiltərə)  – "Borussiya” M. (Almaniya) - 4:0

Qollar: Aquero, 9, 28 (pen.), 77. İhenaçço, 90+1

 

E qrupu

"Tottenhem” (İngiltərə) – "Monako” (Fransa) - 1:2

Qollar: Alderveyld, 45 - Silva, 15, Lemar, 31

 

"Bayer” (Almaniya) – MOİK (Moskva) - 2:2

Qollar: Mehmedi, 9, Hakan, 15 - Zaqoev, 36, Yeremenko, 38

 

 

F qrupu

"Real” (İspaniya) – "Sportinq” (Portuqaliya) - 2:1

Qol: Ronaldo, 89, Morata, 90+2 - Sezar, 48

 

"Legiya” (Polşa) – "Borussiya” D. (Almaniya) - 0:6

Qollar: Götze, 7, Papastapulos, 16, Bartra, 18, Gerrero, 51, Kastro, 76, Obameyanq, 87

 

G qrpupu

"Brügge” (Belçika) – "Lester” (İngiltərə) - 0:3

Qollar: Olbrayton, 5, Mahrez, 30, 61 (pen.)

 

"Porto” (Portuqaliya) – "Kopenhagen” (Danimarka) - 1:1

Qollar: Otavio, 13 - Kornelius, 52

 

H qrupu

"Yuventus” (İtaliya) – "Sevilya” (İspaniya) - 0:0

 

"Lion” (Fransa) – "Dinamo” Z. (Xorvatiya) - 3:0

Qollar: Tolisso, 13, Ferri, 49, Kornet, 57

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300