"Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra Şura verilişlərin məzmunu ilə bağlı narahatlığını dəfələrlə dilə gətirmişdi. Eyni zamanda, kanallara verilişlərin məzmununa diqqət etmələri tövsiyə edilmişdi. Bu aspektdən yanaşanda hazırda bir çox verilişlərin məzmununda müəyyən qədər bayağılıq qalmaqdadır”.

 

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. 
 
O bildirib ki, "Space" televiziyasında yayımlanan "Məhəbbət əhvalatları” verilişində də bayağılıq müşahidə olunur: "Bu verilişlə bağlı Şuranın "Qaynar xətt”inə şikayətlər daxil olur. "Məhəbbət əhvalatları” verilişinin formatında bir balaca dəyişiklik olsa yaxşıdır. Hazırda konkret qanun pozuntusu olmadığına görə biz verilişə müdaxilə etmirik. Amma verilişin aparıcısını, ümumiyyətlə verilişin formatında müəyyən qədər dəyişiklik edilməsi ilə bağlı öz tövsiyələrimizi vermişik. Verilişdəki sünilik, bayağılıq müəyyən dərəcədə aradan qaldırılsa yaxşı olar”.
 
Şöbə müdiri qeyd edib ki, "Space" telekanalının təmsilçiləri bu haqda məlumatlandırılıb: "Kanalın təmsilçiləri bizim tövsiyələri nəzərə alacaqlarına söz veriblər. Biz də hələki gözləmə mövqeyindəyik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300