Sentyabrın 11-də Strasburqda azərbaycanlı siyasi mühacirlərin yeni təşkilatının – AND  (Azərbaycan naminə demokratiya –  Azerbaijan needs democracy) təsis iclası keçirilib.
İclasda hakimiyyətin təqibləri səbəbindən müxtəlif vaxtlarda Azərbaycanı tərk etmiş siyasi fəallar, jurnalistlər, keçmiş dövlət məmurları və hüquq müdafiəçiləri iştirak ediblər.
İclasda Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli də iştirak edib.
AND təsisçiləri hələlik qurum və onun tərkibi, təşkilatın proqram və vəzifələri barədə məlumat yaymayıblar. Lakin artıq indidən demək olar ki, bu, ölkənin hüdudlarından kənarda siyasi müxalifətin formalaşması üzrə ən mühüm addımdir.
Azərbaycan mühacirlərinin hərəkətlərinin koordinasiyası BMT, ATƏT, Avropa Şurası, Avropa parlamenti kimi beynəlxalq qurumlarda Azərbaycandakı vəziyyət barədə rəyin formalaşmasına mühüm təsir göstərəcək.
AND fəaliyyətini uğurlu qurarsa bu, Bakıda hakimiyyət üçün ciddi başağrısı olacaq.
Güman etmək olar ki mühacir təşkilatlarının sirası genişlənəcək və ABŞ-da da AND-ın bölməsi yaranacaq.
Bu cür mühacir  təşkilatlarının yaranma tarixi və mövcudluq təcrübəsi göstərir ki, mühüm məsələlərdən biri təhlükəsizlikdir. Çünki hakimiyyət təhlükəsizlik xidməti vasitəsilə belə qurumlara öz agentlərini göndərməyə çalışır. Çox güman ki, indi də belə olacaq (abzas.net).

mühacirlər cəmil həsənli

mühacirlər cəmil həsənli

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300