Azərbaycanda insan hüquqları sahəsində ədalətsizliyə etiraz edərək, könüllü prokurorluq orqanlarından istefa verən Zərdab  rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovla isti münasibətinə görə prokurorluq orqanlarından xaric edilənlər olub.

Gununsesi.info-nun xəbərinə görə, Rüfət Səfərovla yaxın münasibətləri olan Qubadlı rayon prokurorunun köməkçisi Adil Məmmədov sabiq müstəntiqin istefasından sonra davamlı olaraq, onunla telefon əlaqəsi yaradıb və bir neçə dəfə görüşləri olub.

Bu yaxınlığının güdazına gedən  Adil Məmmədov  "15 dəqiqə işə gecikməsi” səbəbiylə prokurorluq orqanlarından xaric edilib. Bu yaxınlarda isə müxtəlif yollarla Amerikaya yollanan sabiq prokuror Rüfət Səfərovla yaxınlığını sübut edən yazışmaları, birgə fotolarından istifadə edərək, Kaliforniyada oturum ala bilib.

Gununsesi.info-ya açıqlamasında Rüfət Səfərovun vəkili Bəhruz Bayramov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, həmin vaxt Adil Məmmədov Rüfət Səfərova bu olayı ictimailəşdirməməyi tövsiyyə etdiyindən olaydan ictimaiyyətin xəbəri olmayıb.

Rufet-sefer

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300