Bayram günlərində müxtəlif kampaniylar, banklar, turizm şirkətlərinin reklam adına bəzi kampaniyalar keçirməsi adət halını alıb və normal qarşılanır 

Amma Azərbaycanda piar anlayışı olmayan bəzi müəssisələr üçün bu, normal standartlardan uzaq həyata keçirilir.

Sosial şəbəkədə Qurban bayramı münasibətilə pivəxanalardan biri heç bir standarta sığmayan kampaniya həyata keçirib. "Pivnaya apteka” adlı pivəxana İnstaqram səhifəsində öncə səhifə təqibçilərini təbrik edib, ünvanını və telefon nömrələrini elan edib. Ardınca isə "orijinal” bayram kampaniyasının fotosunu paylaşıb. Pivə bakalının üstünə qoyun şəkli həkk edən reklamçılar sloqan da tapıblar. "Birini al, ikincisi qurbandır” reklam şüarı paylaşıldığı andan etibarən izləyicilərin haqlı narazılığına və etirazına səbəb olub. Pivə parçının üzərindəki qoyunun "sərxoş” baxışları ilə mənzərəyə şirinlik qatmaq istəyən piarçıların məqsədi həyata keçməyib və insanlar daha da qıcıqlanıblar. Sonda kafe yanlışını anlayaraq fotonu və reklam kampaniyasını ləğv etsə də, müzakirələr sosial şəbəkədə davam edib.

Sosial şəbəkə istifadəçiləri guya kreativlik adına atılmış bu addıma haqlı olaraq hiddətlə yanaşaraq, bunu milli və dini dəyərlərin tapdanması kimi qiymətləndiriblər.

Qurban bayramında rəzalət
Sözügedən müəssisənin mövqeyini də işıqlandırmaq üçün "Müsavat”ın əməkdaşı onlarla əlaqə saxlamağa çalışıb. Amma suallarına cavab verən səlahiyyətli nümayəndə tapılmayıb./müsavat.com
 
 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300