"İlk növbədə mitinqdə iştirak edənlərə üzünüz ağ olsun deyək. Ancaq 10 minlərlə gəlməyən, gələcəklərinə ümidsizləşənlərə və ya inamlarını itirməşlərə üzümü tutub deyirəm, istənilən variantda belə yaşamaq olmaz, siz də çıxış yolu axtarmalısınız”.

Bunu eks-spiker Rəsul Quliyev mətbuata açıqlamasında bildirib.

Gələcək Azərbaycan Partiyasından daxil olan açıqlamada eks-spiker Milli Şuranın sentyabrın 17-nə aksiya təyin etməsini dəyərləndirib.

"Hesab edirəm ki, 18 sentyabr tarixinə mitinq müraciəti ola-ola sentyabrın 17-nə mitinq təyin etmək ən böyük səhv addımdır”, – Rəsul Quliyev bildirib.

"Birincisi, nəticədə 17-nə ya icazə verilməyəcək, ya da gələnlərin sayı azı iki dəfə az ola bilər, başqa sözlə rejim triumfal ”qələbə” çalacaq. İkincisi, təəssüflər ki, bu mitinq referendumun ləğv edilməsi uğrunda yox, kim müxalifətdə birincidir mübarizəsinə çevrilməkdədir. Yazıqlar olsun ki, ambisiyanın xalqın marağından yuxarı olduğu sindromu heç kimi tərk etməyib. 17 Sentyabr mitinq günü elan edilən dəqiqədən hakimiyyətin bu mübarizədəndə "qalib” çıxdığını təsdiq etmək olar”, – Rəsul Quliyev bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300