Şotlandiya çempionatında maraqlı olay baş verib.
Qol.az-ın məlumatına görə, V turda keçirilən "Danfermlayn" - "Dandi Yunayted" matçında meydan sahiblərinin qapıçısı Kammi Bell inanılmaz oyunu ilə yadda qalıb.
O, 23 dəqiqəyə 3 penaltini dəf edib. Bununla da Bell komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub.