Növbəti aksiya sentyabrın 17-i saat 15:00-a – Müsavatın təyin etdiyi mitinqdən 1 gün əvvələ təyin edildi

Bu gün "Məhsul” stadionunda Milli Şuranın təşəbbüsü ilə "Monarxiyaya yox!”, "Talana son!” şüarları altında mitinq keçirildi. Minlərlə insanın qoşulduğu aksiya Azərbaycan himninin oxunması ilə başladı.

İzdihamda cəbhəçilərlə yanaşı, müsavatçalar, islamçılar, ReAlçılar, Nidaçılar, Rəsul Quliyevin tərəfdarları və digər təşkilatların nümayəndələri, eləcə də hakimiyyətdən narazılığını gizlətməyən bitərəf şəxslər iştirak edirdilər.

Aksiyada Mill Şuranın təmsilçiləri Vidadi Mirkamal, Nürəddin Məmmədli, Gözəl Bayramlı, Gültəkin Hacıbəyli, Nida Vətəndaş Hərəkatının təmsilçisi Ülvi Həsənli, sonda isə AXCP sədri Əli Kərimli çıxış etdilər. Milli Şuranın sədri Cəmil Həsənlinin səfərdə olduğu üçün aksiyada üzürlü səbəbdən iştirak etmədiyi bildirildi.

"Mən burda müsavatçıları, REAL-çıları, NİDA-çıları, digər birliklərin təmsilçilərini görürəm. Bizim dərdimiz azadlıqdir, demokrtaiyadır, daha yaxşı ölkədir. Hökumət bizim aramıza nifaq salmağa çalışdı. Ancaq indi liberallarla millətçilər, dindarlarla ateistlər bu meydanda çiyin-çiyinədir. Çünki bizi birləşdirən fərdi maraqlar yox, azad, demokratik Azərbaycan amalıdır. Biz ki, bu yola addım atmışıq, yolu yarımçıq qoymağa haqqımız yoxdur”, Əli Kərimli vurğulayıb.

"Monarxiyaya yox, talana son” bizim ümumi şüarımızdır”.

Bü sözləri çıxışında Əli Kərimli deyib. 

"Bizim yox dediyimiz başqa məsələlər də var. Büdcənin talan edilməsinə, dövlət ehtiyatlarının tükədliməsinə, neft pullarının oğurlanmasına yox deyirik. Bir tərəfdə səfalətə düçar etdikləri xalq var, digər tərəfdə Avropadakı muzeyləri təmir etdirən bir qrup harın var. Biz bu soyğunçuluğa, bu harınlığa yox deyirik”.

AXCP sədri Əli Kərimli əlavə edib ki, bərbad vəziyytdə olan təhsil, səhiyyə sisteminə yox deyilməlidir: "Biz dövlət orqanlarımızın xalqa xidmət etməsini istəyirik. Xəstəxanaya yaxınını aparan qorxu içindədir. Biz sağlamlıq vermək əvəzinə qatilə çevrilmiş səhiyyə sisteminə yox deyirik. Bu gün ölkəin təhsil sistemi təhsilsizliyə xidmət edir. Biz balalarımızı təhsilsiz qoyan təhsil sisteminə yox deyirik”.

Aksiya qətnamənin oxunması ilə başa çatdı.

Növbəti aksiya sentyabrın 17-i saat 15.00-a – Müsavatın təyin etdiyi mitinqdən 1 gün əvvələ təyin edildi.

 

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300