Nardaran hadisələri zamanı həbs edilən və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Abbas Hüseyn 11 sentyabr mitinqi ilə bağlı müraciət ünvanlayıb. Məhbusun yaxınlarının Meydan TV-yə təqdim etdiyi müraciətdə deyilir:

"Salam olsun hər zaman haqsızlığa və zülmə etiraz edən kəslərə!
Həbsxanalar bizim üçün zindan deyil, əksinə gülüstandır. Gülüstana gedən yol da mübarizə meydanlarından keçir. 11 sentyabr etiraz günüdür. Bir neçə saatlıq olsa da, sizinlə olmaq istərdim. Çünki həmin saatlar və yer mənim əqidəmdə ən dəyərli və ən gözəl anlardır. Həmin yerdə haqq sözlər, həqiqətlər deyiləcək. Haqq müdafiə olunacaq, böyük bir xalqın taleyi həll olunacaq. Haqsızlara, zülmkarlara haqq sözlər deyilib, etiraz ediləcəkdir. Totalitar, avtoritar rejimə qarşı mübarizə aparılacaqdır. Monarxiyanın qarşısının alınması üçün bütün mübarizlər etiraz meydanına toplaşacaqlar. Çalişaq həmin qarşıdan gələn günlərdə qanunsuzluq və haqsızlığa qarşı birliyimizi göstərək”. Talana son, monaxiyaya "Yox!” deyib mübarizəmizi genişləndirək.

Abbas Hüseyn ötən il, noyabrın 30-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran kəndində keçirdiyi əməliyyat zamanı həbs olunub. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onunla birgə daha 18 nəfər mühakimə olunur.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300