Afrikada Sibir xorasına bənzər xəstəliyə səbəb olan təhlükəli bakteriya aşkar edilib. Həm ev, həm də vəhşi heyvanları yoluxdura bilən bu bakteriya hələ ki, yalnız heyvanlarda aşkarlanıb. Amma onun insanlar üçün də təhlükəli ola biləcəyi ehtimal olunur.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yayılan bakteriya Sibir xorasını yaradan Bacillus anthracis bakteriyasının bir növüdür. Praktiki olaraq hər yerdə rast gəlinən Bacillus cereus mikroorqanizmi son ana qədər zərərsiz hesab edilirdi. Ancaq Afrikada aşkar edilmiş bu bakteriya ciddi təhlükədən xəbər verir. Belə ki, Konqoda, Kamerunda, Mərkəzi Afrika Respublikasında və Kot-d'İvuarda müxtəlif heyvanlardan götürülmüş nümunələrdə bu bakteriya aşkar olunub. Bakteriyanın yoluxduğu şimpanze, qorillalar, fil və keçilərin əksəriyyəti isə ölüb.

Tədqiqatçılar əmindirlər ki, aşkar edilmiş mikroorqanizm ehtimal ki, çox geniş arealda yayılıb və bütün Afrika qitəsində rast gəlinir. Qorillalarda və şimpanzelərdə tapılan bu bakteriya insanlar üçün də potensial təhlükədən xəbər verir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300