İnterpolun Rusiya bürosunun ünvanına Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən Bakı sakini Rəfael Çobanzadənin yerinin müəyyən edilməsi və saxlanılması ilə bağlı müraciət daxil olub.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İvanovo vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan tərəfinin müraciətində vurğulanıb ki, həmin şəxs fiziki və psixi cəhətdən köməksiz insanların qrup halında fahişəliyə cəlb olunmasında təqsirli bilinir.

Bu müraciətdən sonra İvanovo vilayətinin polis orqanları Rəfael Çobanzadənin ola biləcəyi güman edilən mümkün ünvanlarda axtarış aparılması üçün müvafiq əməliyyat keçiriblər.

Məlum olub ki, axtarışda olan şəxs öz qardaşının sənədindən-ona bütün dünyada sərbəst hərəkət etmək üçün imkan verən pasportundan istifadə edib.

Hazırda həmin şəxs saxlanılıb və onun Azərbaycana verilməsi üçün zəruri hüquqi sənədlər hazırlanır.(virtualaz.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300