"RoomGuru.ru” turizm xidməti payız səyahətləri üçün məşhur istiqamətləri açıqlayıb.

"Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, reytinq cədvəli sentyabrın 1-dən oktyabrın 31-dək əvvəlcədən mehmanxana və mənzil kirayələmə axtarışına dair məlumatlara əsasən tərtib edilib.

Rusiyalı turistlər arasında payız səyahətləri üçün ən populyar şəhərlər sırasına Praqa, İstanbul, Minsk, Bakı, Roma, Barselona, Berlin, Varşava, Tallinn və Paris daxildir. Azərbaycanın paytaxtına üçgünlük payız səfərləri üstünlük təşkil edir. Payız səfərləri üçün büdcəyə uyğunluq baxımından ən sərfəli xarici şəhərlər Minsk və Varşavadır.

Mövsümdə 10 ən populyar xarici kurort gəzintisi ölkəsi siyahısına isə Yunanıstan, Kipr, Türkiyə, İspaniya, İtaliya, Çexiya, Tailand, Bolqarıstan, Monteneqro və Xorvatiya daxildir. Büdcəyə uyğunluq baxımından ən sərfəli ölkə Bolqarıstan, ən bahalı ölkə İtaliyadır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300