Fransa və Almaniya XİN rəhbərləri Ukraynaya səfər edəcək.
APA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa XİN-in məlumatında bildirilir.
"Jan-Mark Eyro Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə birgə sentyabrın 14-15-i Kiyevə səfər edəcək”, məlumatda deyilir.
Ukraynanın paytaxtında keçiriləcək görüşlərin detalları barədə hələ ki, heç bir açıqlama verilmir.