Milli Şuranın sentyabrın 11-nə təyin etdiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciətinə müsbət cavab verilib. 

Aksiya 11 sentyabr saat 17.00-da, "İnşaatçılar” metrostansiyasının yaxınlığındakı "Məhsul” stadionunda başlayacaq. Aksiya "Monarxiyaya son!”, "Talana son!” şuarları altında keçiriləcək.

"Hakimiyyət mitinqə razılığı maksimum ləngitdi ki, mitinq hazırlığına mane olsun”, – bu sözləri AXCP sədri Əli Kərimli özünün feysbuk səhifəsində yazıb.

"İndi mitinqə iki günümüz qalıb. Ölkədə hakimiyyətə iradı, sualı, etirazı olan hər bir şəxsi mitinqə dəvət edirik. İndi 11 sentyabr mitinqini izdihamlı keçirməklə, hakimiyyəti anti-xalq siyasətindən imtinaya, xalqla hesablaşmağa məcbur edə bilərik. 11 sentyabr mitinqi xalqın hakimiyyətə dinc, lakin kütləvi etirazını bildirməsi üçün çox mühüm bir fürsətdir. Bu imkanı dəyərləndirməliyik. Söz də, meydan da millətindir”, – Əli Kərimli bildirib.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300