«Novxanada 1 milliyonluq bağ, Yasamalda yeni tikilidə 500 minə ev, elə oradaca 1 milliyonluq ofis. Haradandı Əbrəqunusun kəndindən çıxmış bir yetimin bu qədər əmlakı?»

Hüquq müdafiəçisi, Demokratiyanın Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Vidadi İsgəndərli ilə BAXCP sədri Qüdrət Həsənquliyev arasında mübahisə getdikcə qızışır. Azerinews.tv xəbər verir ki, bir neçə gün əvvəl İsgəndərli Həsənquliyevi korrupsiyada ittiham edərək, onunla bağlı müvafiq dövlət qurumlarına rəsmi müraciət etdiyini bildirmişdi.

Bunun ardından isə partiya sədrinin müavini Niyaməddin Orduxanlı açıqlama yayaraq, bəyan etmişdi ki, Vidadi İsgəndərli «xəsətdir» və onun dediklərinin heç bir əsası yoxdur. 

Deputat Qüdrət Həsənquliyevin milyonluq villası və inanılmaz sərvəti üzə çıxdıHüquq müdafiəçisi dediklərini təsdiqləmək niyyəti ilə Facebook-da Qüdrət Həsənquliyevin villası olduğunu iddia edən fotolar yayıb. İsgəndərli bununla bağlı yaydığı açıqlamada vurğulayır ki, yaydığı fotolardakı villia Qüdrət Həsənquliyevə məxsusdur və o Bakının ən bazalı rayonlarından sayılan Badamdar qəsəbəsindəki «Kempinski Otel»in 20 metrliyində yerləşir. «Bu ərzilərdə torpağın bir sotu 35-40 min manatdır. Sadə riyazi üsulla hesablama aparsaq, 10 sot torpaq sahəsi üçün 400 min manat pul cərclənilməlidir. Üstəlik, villanın tikintisi üçün də əlavə olaraq 1 milyon manata yaxın vəsait lazımdır».

Amma Vidadi İsgəndərli bununla yetinməyib, partiya sədrinin Bakı şəhəri və ətrafında yerləşən ev və villalarının da olduğunu iddia edib. «Novxanada 1 milliyonluq bağ,Yasamalda yeni tikilidə 500 minə ev, elə oradaca 1 milliyonluq ofis. Haradandı Əbrəqunusun kəndindən çıxmış bir yetimin bu qədər əmlakı? Hamısı korrupsiya idarəsinə, Ramiz Mehtiyevə, İlham Əliyevə göndərilib ünvanlanacaq. Vətənə xəyanətlə qazanıb. İndi gəl mənim bir evimi tap».

 
 
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300