Bakı Baş Polis İdarəsində Müsavatın polislə qarşıdurma yaradacağı haqda məlumat var?

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Bakı Baş Polis İdarəsində olub. Onu Milli Şuranın sentyabrın 11-nə və Müsavat Partiyasının sentyabrın 18-nə təyin etdikləri mitinqlərin təhlükəsizliyi ilə söhbət etmək üçün dəvət etmişdilər.

Bir saatdan artıq davam edən görüşdən sonra Arif Hacılı Bakı Baş Polis İdarəsinin qarşısında onu gözləyən jurnalistlərə açıqlama verib.

Arif Hacılı Bakı Baş Polis İdarəsinin Təhlükəsizlik İdarəsinin rəisi Nurulla Məmmədxanlı ilə görüşdüyünü bildirib.

"Mənə deyildi ki, Müsavat Partiyası üzvlərinin guya referendum ərəfəsində lokal aksiyalar, qanunsuz piketlər, polislə qarşıdurmalar təşkil edəcəyi barədə onlara siqnallar daxil olub. Mənim müsavatçılara bundan çəkinmələri haqqında göstəriş verməyimi istədilər. Həmçinin Milli Şuranın 11 sentyabr və Müsavatın 18 sentyabr tarixinə təyin etdiyi mitinqlərə icazə veriləcəksə, həmin aksiyalarda da əsayişin qorunması barədə söhbətimiz oldu”, – Arif Hacılı bildirib.

"Cavab olaraq bildirdim ki, Müsavat Partiyası Konstitusiya və qanunlar çərçivəsində fəaliyyət göstərən bir partiyadır. Heç bir qarşıdurma planlaşdırılmır”.

Başqa hansısa partiyanın təmsilçisi Bakı Baş Polis İdarəsinə dəvət olunubmu sualını cavablandıran Arif Hacılı, onda belə bir məlumatın olmadığını bildirib.

Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300