Ermənistanın yeni Müdafiə naziri Vitali Balasanyan ola bilər.

 

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Aykakan Jamanak” qəzeti yayıb.

 

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Müdafiə naziri Seyran Ohanyanın istefaya gedəcəyini açıqlayıb. Mətbuat Ohanyanın yerinə əsas namizədlərdən birinin Ermənistan polisinin rəhbəri Vladimir Qasparyanın olacağını bildirib.

 

Balasanyan 1959-cu ildə Azərbaycanın Əsgəran rayonunda dünyaya gəlib. O, Qarabağ döyüşlərinin aktiv iştirakçısı olub. Əsgəran, Ağdam və Horadiz istiqamətlərində döyüşüb. Müharibədən sonra qondarma Dağlıq Qarabağda "müdafiə nazirinin müavini” kimi çalışıb.

 

Ermənistanda 2000-ci ildən bu yana müdafiə naziri vəzifəsini əslən Azərbaycandan olan şəxslər icra edirlər. 2000-2007-ci illərdə bu vəzifəni Serj Sərkisyan (əslən Xankəndidəndir – red.), 2007-2008-ci illərdə Mikayel Arutyunyan (əslən Şamaxıdandır – red.) bu vəzifəni daşıyıb. 2008-ci ildən bu günə kimi nazir olan Seyran Ohanyan da əslən Şuşadandır. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300