İsrail Hava Qüvvələri Suriyaya məxsus Qolan təpələrinə hücum edib.
Axar.az xəbər verir ki, hava zərbələri nəticəsində Suriya ordusunun Dürzi qəsəbəsində yerləşən hərbi texnikasına ciddi ziyan dəyib.
Qeyd edək ki, bu, son 5 gündə Qolan təpələrinə təşkil olunan ikinci hücumdur.