"Müxalifətin təşkil etdiyi mitinqlərə münasibətimiz normaldır. Çünki kütləvi aksiyalar həyati və vacib məsələlərdən biridir". 

Bunu Arqument.Az-a açıqlamasında Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu sentyabrın 11-də Milli Şuranın və sentyabrın 18-də Müsavat Partiyasının mitinq keçirməklə bağlı qərarlarına münasibət bildirərkən deyib.
Mirmahmud Mirəlioğlu

KXCP sədri bildirib ki, partiya rəhbərliyi mitinqlərdə iştirak etməsə də, üzvlərin iştirakına heç bir maneə yoxdur: "Təşkilində köməyimizin olmadığı kütləvi aksiyalarda iştirak etmirik, lakin üzvlərimizin iştirakı sərbəstdir".

Ümid Partiyasının sədri İqbal Ağazadə isə hələ ki, kütləvi aksiyalar keçirmək fikrində olmadıqlarını deyib: "Hər bir partiyanın "Siyasi partiyalar haqqında” Qanuna, Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə uyğun olaraq, kütləvi aksiya keçirmək hüququ var. Bu, Bakı Şəhər İcra Hakimiyyətinə və yerli strukturlara həmin təşkilatların məktubla müraciətindən sonra həyata keçirilir. Ona görə də mitinqləri normal qarşılayıram. Bizim partiyaya gəldikdə isə biz hələlik belə bir tədbir keçirtmək niyyətində deyilik və bununla bağlı heç bir struktura müraciət etməmişik”.

İqbal Ağazadə

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məcid Mərcanlı bildirib ki, təşkilat mitinqlərlə bağlı qərarını senytabrın 9-da açıqlayacaq: "Sabah mitinqlərdə iştirak edib-etməməklə bağlı qərar verəcəyik". 

Məcid Mərcanlı

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə mitinqi təşkil edən siyasi partiyalardan onlara təklif gəlmədiyini deyib:"Kütləvi tədbirlər Azərbaycan Konstitusiyasının nəzərdə tutduğu mübarizə vasitələrindən biridir və mənim buna münasibətim müsbətdir, xüsusən də Azərbaycan kimi ölkədə. O ki qaldı müzakirə olunan mitinqlərə, münasibətim neytraldır. Hər bir təşkilatın kütləvi tədbir keçirtmək hüququ var. Məsələnin başqa tərəfidir ki, o tədbirlərin təşkilatçıları aksiyaları öz çərçivələrində təşkil edirlər və bizə heç bir müraciət daxil olmayıb. Bu baxımdan biz partiya kimi bu tədbirlərə qatılmayacağıq, ancaq partiya üzvlərimiz üçün heç bir məhdudiyyət qoyulmayıb”.

Əli Əliyev

D18 Hərəkatının sədri Ruslan İzzətli isə Milli Şuranın və Müsavat Partiyasının təşkil etdiyi mitinqlərdə iştirak edəcəklərini bildirib:"D18 Hərəkatı çağırış yayıb. İdarə heyəti bildirib ki, Milli Şuranın 11 sentyabr  və Müsavat Partiyasının 18 sentyabrda keçirəcəyi mitinqdə iştirak edəcək. Çağırış etdik ki, hər kəs ideoloji və siyasi kimliyini bir kənara qoyub, bu mitinqlərə qatılsın. Çünki bu mitinq monarxiya ilə cümhuriyyətin davasıdır. Cümhuriyyət ideyalarının və  prinsiplərinin yanında olduğunu bəyan edən hər kəs bu mitinqlərdə iştirak etməlidir. D18 Hərəkatı hər iki mitinqdə iştirak edəcək".

Ruslan İzzətli

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da mitinqlərin keçirilməsini müsbət dəyərdləndirib: "Mitinq şəxsiyyətlərin münasibətilə müəyyən olunmur. Konstitusion münasibət var. Konstitusiya bunu hər bir insanın fundamental insan hüquq və azadlığı kimi tanıyır. İndiki halda ölkədə sosial-iqtisadi böhran var. Çoxlu problemlər yığılıb-qalıb. Hakimiyyət xalqın düşdüyü bu böhrandan xilas etmək üçün konkret addımlar ata bilmir. Heç bir hüquqi-siyasi islahat həyata keçirmir. Ona görə də müxalifət xalqın müəyyən narazılığını ifadə eləmək üçün bu cür addımlar atacaq. Normaldır. Çalışmaq lazımdır ki, bu aksiyalar qanun çərçivəsinə salınsın, milli və dövlət maraqlarımıza ziyan olmasın. Eyni zamanda ölkədə problemlərin həllində effektli təsirə malik olsun".

Sərdar Cəlaloğlu

Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü Erkin Qədirli isə bəyan edib ki, REAL-ın bu mitinqlərlə heç bir əlaqəsi yoxdur və hərəkat bu mitinqlərdə iştirak etməyəcək.

Erkin Qədirli

"Ağ" Partiyanın sədri Tural Abbaslı da mitinqlərdə iştiraka görə dəvət almadıqlarını qeyd edib: "Ümumi münasibət təbii ki, normaldır. Etirazların olması istənilən halda yaxşıdır. Ancaq partiya olaraq qatılmayacayıq, bu ayrı-ayrı partiyaların təşkil etdiyi mitinqlərdir və ümummüxalifət adından olsaydı, hər bir partiya və siyasi qrupun iştirak etmək hüququ yaranardı və dəvətə də ehiyac qalmazdı. Amma hansısa siyasi partiyalar özləri qərar verirlər, məkan müəyyənləşdirirlər və heç rəsmi dəvət də göndərmirlər. Bu heç bir siyasi protokola uyğun deyil. Biz partiya olaraq öz bayraqlarımızı qaldırmaq istəyəcəyik, amma buna münasibət necə olacaq? Və ya bizim nümayəndə tribunadan öz fikirlərini səsləndirə biləcəkmi? Bütün bu məsələlər həvəskarcasına yox, professional həll olunmalıdır və təşkilatçı partiyalar bütün müxalifətin iştirak etməsini istəyirlərsə, ən azı əvvəlcədən məsləhətləşib vaxt təyin etməli, ən azı rəsmi dəvət göndərilməli idilər. Ona görə partiya olaraq qatılmayacağıq, ancaq üzvlərin iştirakının əleyhinə deyilik”.

Tural Abbaslı

Qeyd edək ki, Milli Şura senytabrın 11-də mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıb, amma BŞİH hələ də təşkilatın müraciətinə cavab verməyib. Müsavat Partiyası Divanı isə senytabrın 18-də mitinq keçirməklə bağlı qərar qəbul edib və bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Hər iki təşkilat mitinqi "Məhsul" stadionunda keçirmək istədiyini qeyd edib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300