Bir müddət öncə Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə Lerik rayonundan olan Aydın Məmmədov adlı müdir təyin olunub. Bu adam 4-5 il bundan qabaq Sumqayıtda 4-cü mikrorayonda işiq idarəsində işləyirdi. Qışın ortasında gecə vaxtı bütün mikrorayonun işığını kəsmişdi. 4-cü mikrorayondan 2 gün işıq olmamışdı və camaat işıq idarəsinin qabağına toplaşmışdılar ki, nə məsələdir. Bu zaman Aydın Məmmədov sakinlərlə kobud rəftar etmiş, hətta onları təhqir etməkdən də çəkinməmişdi. Nəticədə qalmaqal baş vermiş, Aydın Məmmədov təhqir etdiyi insanlar tərəfindən döyülmüşdü. Bundan sonra Sumqayıt cavanları xalqı təhqir edən Aydın Məmmədovu özləri münasib bildikləri şəkildə "cəzalandırmaq” üçün maşına basıb dəniz qırağına aparmışdılar. 
Aydın Məmmədov Cəlilabad EPŞ-ə müdir təyin olunan kimi cəlilabadlı kadrların hamısını işdən uzaqlaşdırdı. Nəyə görə rayondan olan işçilərin hamısını işdən çıxarır, başqa kənar rayonlardan- Lerikdən, Masallıdan, Yardımlıdan öz qohum-əqrəbasını və əlaqədə olduğu adamları gətirib işlərə qoyur? Maraqlıdır, bu adamlar hansı vəsaitlə yaşadıqları rayondan Cəlilabada gəlib gedirlər? Axı onlar Cəlilabadda kirayədə qalırlar. Kirayə pulunu necə verirlər? Gediş-gəliş haqlarını necə çıxarırlar? Heç kəsə sirr deyil ki, İşıq İdarəsində maaşlar o qədər də yüksək deyil.
Maraqlı cəhətlərdən biri də odur ki, Aydın müəllimin Cəlilabad İşıq İdarəsinə kənar rayonlardan doldurduğu işçilərin heç biri öz sahəsinin mütəxəssisi deyil. Bəs onda Aydın onların qara qaşına, qara gözünə aşiq olub ki, belə işlərə təyin edir? Xeyir ola?! Axı İstismar üzrə usta olmaq çətin və məsuliyyətli işdir. Təsəvvür edin ki, həmin ustanın vəzifəsi podstansiyadan çıxan 10 kilovatlıq xətlərin normal işləməsi və 0-4 hava xəttinin bərpasıdır. Nəinki ixtisası, hətta səriştəsi olmayan bir adam belə bir çətin işi necə yerinə yetirə bilər? Belə bir məsuliyyətli işə təyin olunmaq üçün adam ən azı 6 ay oxuyub imtahan verməlidir. Qayda belədir. Tutaq ki, nəzarətçi hər adam götürülə bilər, amma İstismar üzrə usta hökmən mütəxəssis olmalıdır, bu işə təsdadüfi adamlar götürülə bilməz. Hətta müfaviq imtahandan keçməyən mütəxəssis adamın həmin işə götürülməsi gələcək faciələrdən xəbər verir. Bu gün Cəlilabad sakinlərinin elektrik enerjisi ilə təminatı başlı-başına qalıb.
Görün Cəlilabad EPŞ-nin taleyi kimlərin ümidinə qalıb! Nə vaxtdan İstismarın işçisi satış şöbəsinə təyin edilir? Cəlilabadda istismarın işçiləri küçə-küçə, ev-ev düşüb işıqpulu yığırlar. Aydın Məmmədov onları işindən ayırıb və İşıq idarəsində xaos yaradıb. Məhz belə halların ucbatından Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsində istismar bərbad və faciəli durumdadır. Çünki işçilər öz işlərini icra etmək iqtidarında deyillər. Yeni müdir Aydın Məmmədov onları öz işləri ilə, yəni istismar işləri ilə məşğul olmağa qoymur, pul yığmağa göndərir.
Belə halların nəticəsidir ki, bu gün Cəlilabad EPŞ-də böyük narazılıqlar yaranıb. İşçilər arsında konfliktlər və ruh düşkünlüyü var. Bir-biri ilə hətta küçənin ortasında, camaatın gözü qabağında əlbəyaxa dava da edirlər. Vəziyyət o qədər faciəlidir ki, bu yaxınlarda "Azərişıq” ASC Cəlilabad şöbəsinə xüsusi xəbərdarlıq məktubu da göndərib. Həmin məktubda istismar işçilərinin satış işlərindən kənarlaşdırılıb öz işləri ilə məşğul olmaları əmr olunur. Lakin Aydın Məmmədov rəhbərliyin belə əmrlərini saya salmır, öz istədiyi kimi hərəkət edir. Bu adam istismar işçilərini zorla, hətta bəzən söyüş söyə-söyə kəndlərə pul yığmağa göndərir.
Cəlilabad rayonun işıq idarəsinin rəhbəri Aydın Məmmedov referendum seçkiləri qabağı əsil təxribata əl ataraq vətəndaşların evlərinə xəbərsiz soxulur və işıqları kəsib günlərlə insanları qaranlığa məhkum edir. Rayon sakinlərinin mal-qarasını susuz qoyaraq, xalqı dövlətə və icra hakimiyyətinə qarşı narazı salmağa əl atır.Heç bir dövlət qanunlarına və təşkilatlarına tabeçilik etmir və bildirir ki, mən heç kimi tanımıram. Hətta hər dəfə qeyd edir ki, məni müdafiə edənlər var və mənim arxamda dayanıb. Bir sözlə idarə müdiri bildirir ki, gedin dərdinizi kimə deyirsiniz deyin. Mənə pul lazımdır və referendum mənim cibimi doldurmur. Vətəndaşlar etirazların dilə gətirərək, əgər bizim günahımız varsa işıq idarəsi məhkəməyə müraciət etsin və haqq-ədalət öz yerini tapsın. Lakin Aydın müəllim hər dəfə bildirir ki, Cəlilabadın məhkəməsidə, prokuroruda mənəm.
 
Bir sözlə Aydın müəllim belə ifadələri ilə rayon sakinlərini icra strukturlarına qarşı ayağa qaldırır. Bu gün Cəlilabad inkişaf yollarımndadır və icra başçısı daima rayon sakinlərinin yanındadır. Amma Aydın müəllim kimi məmurlar rayonda görülən əvəzsiz işlərə kölgə salmağa çalışır. Rayonumuz günü-gündən inkişaf edir və abadlaşır. Biz başa düşə bilmirik ki, Aydın müəllim bizləri rayon rəhbərliyindən nəyə görə, narazı salmağa çalışır. Rayon sakinləri hamısı bilir ki, Aydın Məmmədov Talış-Muğan Muxtar Respublikasının qondarma prezidenti Hətta bu əməlinə davam etməkdədir. Hörmətli redaksiya sizden xahiş edirik, Cəlilabad EPŞ-nin müdiri Aydın Məmmədov kimə güvənir və havadarı kimdirsə Siz bizə köməklik edin, rayon sakinləri ona müraciət etsinlər. Bizim hüquqlarımız hər gün Aydın Məmmədov tərəfindən pozulur və tapdalanır. 
Yazıb sizdən xahiş edirik ki, məktubumda göstərilən hallarla bağlı tədbirlər görülsün, Cəlilabad rayon İşıq İdarəsində qayda-qanun yaradılsın.

Celilabad rayonun Günəşli kəndinin bir qrup sakinləri

1.Cananov Hüseynağa 
2.Miriyev Mahmudağa
3.Malıyev Mirsədi
4.Ferhadov Eləkbər
5.Ferhadov Damət
6.Ağayev Elnur
7.Cananov Saleh
8.Malıyev Mirzə

 

 
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300