Bankın özbaşınalığı ilə bağlı prezidentə müraciət ediləcək

Keçən ilin sonlarında dünya bazarlarında neftin qiymətlərinin aşağı düşməsi fonunda Azərbaycanda bir-birinin ardınca baş verən iki devalvasiya ən çox banklarla onların müştəriləri arasında problemlərə yol açdı. Devalvasiya prosesinə qədər banklardan köhnə məzənnə əsasında (1 manat=0,78 qəpik) Amerika dolları ilə kredit götürənlər devalvasiyadan sonra aldıqları krediti yeni məzənnə (1 manat=1,50-1,55 manat) ilə məcbur edildilər. Nə qədər qanunsuz və müştəri ilə əldə edilən razılaşmaya zidd olsa da, lakin bankların bu qeyri-qanuni pul qazanmaq istəyinin qarşısı alınmadı. Nəticədə vətəndaş bankdan götürdüyü kreditdən 2-3 dəfə artıq vəsaiti banka qaytarmaq məcburiyyətində qaldı. Hazırda da bankların vətəndaşı müflis etməyə yönəlik bu fəaliyyəti davam edir. Qəribəsi odur ki, bəzi banklar hətta devalvasiya prosesindən sonra vətəndaşla yeni məzənnə əsasında əldə etdiyi razılaşmanı kobud şəkildə pozaraq zorla öz prinsiplərini tətbiq edir, vətəndaşı ağır durumda qoyur. Beləliklə, banklar vətəndaşın cibinə girməklə devalvasiya dövründə aldığı minimal zərbəni aradan qaldırmağa çalışır. Tam əminliklə deyə bilərik ki, bu gün ölkədə fəaliyyət göstərən bankların əksəriyyəti məhz bu prinsiplə işləyərək kredit borcu olan vətəndaşı çətin vəziyyətə salır. Necə ki, "UniBank" eyni texnologiya ilə işləyir.

Redaksiyamıza müraciət edən jurnalist Xəqani Səfəroğlu da deyir ki, o da, bir çoxları kimi dollar kreditinin qurbanına çevrilib: " UniBankdan ötən il, devalvasiyadan əvvəl 18 aylıq kredit götürmüşdüm. Həmin ərəfədə dolların qiyməti 0,78 qəpik idi. Krediti götürən gündən etibarən bankla əldə etdiyimiz razılaşmaya əsasən krediti ödəmişəm". Xəqani Səfəroğlu qeyd edir ki, 2015-ci ilin yanvar ayında "UniBank" tərəfindən 3000 dollar ( 2340 manat) kredit verilib: "Mən son 18 ay ərzində, yəni 2015-ci ilin fevral ayından 2016-cı ilin avqust ayına qədər banka 2750 manat ödəmişəm. Dolların 78 qəpik olan kursunu götürsək bu 3240 dollar edir. Müqavilə öhdəliyi ilə mənim banka borcum yoxdur. Ancaq bir neçə gün əvvəl bankdan bəyan edilib ki, mənim hələ 2900 dollar da (5000 manat) borcum var və bunu ödəməliyəm. Bu məbləğ iki devalvasiyadan sonra yaranmış borcdur". Zərəçəkən bildirib ki, bankdan ona yaranmış "borc"la bağlı absurd açıqlama verilib: "Bankdan mənə bildirlidi ki, dolların qiymətinin artması ilə borc da qalxıb. Borcu tam bağlamaq üçün bundan sonra 2017-ci ilin avqustuna qədər hər ay 500 manat ödəməliyəm. Əgər tutaq ki, hər ay 150, 200 manat ödəsəm, o zaman bu borcun müddəti qeyri-müəyyən zamana qədər uzanır. Məsələn, əgər sabah dollar 2 manat, biri gün 3 manat, o biri gün 4 manat olsa, mənim borcum bu kursa uyğun hesablanacaq. Yəni mən qiyamətə qədər banka borclu qalacağam. Bu absurddur.". Xəqani Səfəroğlu bildirib ki, onun aylıq əmək haqqı həmin məbləği ödəməyə imkan vermir: "Bundan sonra da imkan verməyəcək. Belə çıxır biz ailəliklə ac qalıb banka pul ödəməliyik. Mən devalvasiyadan sonra yaranmış borc öhdəliyimi qeyri-qanuni hesab edirəm və dövlətin bu məsələyə münasibətini bildirməsini istəyirəm". Jurnalist üzləşdiyi haqsızlıqla bağlı hökumət üzvlərinə də müraciət edib: "Mən Azərbaycanın baş naziri Artur Rəsizadəyə, maliyyə naziri Samir Şərifova müraciət edirəm. Dollar kreditinin bu formada qurbanı olmuş şəxslərin taleyinə biganə yanaşmasınlar. Sivil dövlətlərdə bu problemin həlli yolları var. Lakin Azərbaycan hökuməti məsələ ilə bağlı heç bir addım atmır". Zərəçəkən onu da qeyd edib ki, müraciət etdiyi hökumət rəsmiləri məsələyə reaksiya verməsələr, o halda Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə müraciət etməli olacaq.

Ekspertlər, iqtisadçılar da hesab edirlər ki, bankların ondan kredit götürən şəxslə əldə etmiş olduğu razılaşmanı pozaraq özünə sərf edən tərzdə kredit faizi tələb etməsi absurddur. İqtisadi ekspertlər bankların bu addımını açıq-aşkar soyğunçuluq kimi xarakterizə edirlər. Və bankların bu cür özbaşınalığına qarşı müvafiq tədbirlərin görülməsi məqsədəuyğun sayılır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300