Suriyanın Şandi bölgəsində İŞİD-ə aid 4 hədəf vuruldu. Qırıcıların hücumu nəticəsində də terrorçuların 2 qərargahı məhv edildi.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin "Fərat qalxanı” ilə bağlı açıqlamasında deyilib.
Əməliyyatın Türkiyə vaxtı ilə saat 14:08-14:33 radələrində həyata keçirildiyi bildirilib.