"Azadlıq” qəzetinin maliyyə problemilə bağlı sentybarın 6-da qəzet rəhbərliyi ilə söhbətimiz oldu”. Bunu Turan-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, müzakirə əsasında belə qərara gəlinib ki, "Azadlıq” qəzeti hesabdan pul götürə bilmək üçün öz üzərinə düşən prosedurları yerinə yetirsin: "Əgər problem yaranarsa, bu zaman biz də kömək etməyə çalışarıq”.

Ə.Amaşov qəzetin çapının dayandırılmasına səbəb olan borc məsələsinin müzakirə predmeti olmadığını deyib.

Xatırladaq ki, bu il avqustun 20-də "Azadlıq” qəzetinin direktoru Faiq Əmirli həbs edilib. Bundan sonra qəzetin maliyyə məsələsində problem yaranıb.

Sentyabrın 6-da isə "Azərbaycan” nəşriyyatı qəzetin nəşriyyata olan  20 min manat borcuna görə qəzetin çapından imtina edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300