İslam Kərimovun dəfnindən sonra Özbəkistana faktiki olaraq kimin rəhbərlik etdiyi məsələsi suallar yaradır. Xüsusilə sentyabrın 6-da Kərimovla vidalaşmaq üçün Səmərqəndə gələn Rusiya prezidenti Vladimir Putini baş nazir Şövkət Mirzoyevin qarşılaması belə suallara əsas yaradır.

 

Ekspertlərə görə, Rusiya və Çinin dəstək verdiyi Özbəkistanda Kərimovdan sonra ən güclü şəxs hesab olunan Mirziyoyev faktiki olaraq ölkəyə rəhbərlik edir.
 

Publika.az xəbər verir ki, "365info.kz” saytı Özbəkistana Senatın sədri Niqmatulla Yuldaşevin rəhbərlik etdiyini yazıb.



"Lakin rəsmən ölkə daxilində bu haqda heç kim danışmır. İslam Kərimovun ölümünə görə dünya liderlərinin bütün başsağlıq məktubları Yuldaşevə ünvanlanıb. O, hazırda Kərimovun səlahiyyətlərini icra edir. Növbəti üç ay ərzində seçkilər keçirməlidir”, - deyə məlumatda bildirilir.
 

Niqmatulla Yuldaşev kimdir?

O, 1962-ci ilin noyabrın 5-də Daşkənddə doğulub. 1985-ci ildə Daşkənd Dövlət Universitetində hüquq üzrə ali təhsil alıb. Əmək fəaliyyətinə 1986-cı ildə Daşkəndin Almalıskı rayonunda başlayıb. Sonra Daşkəndin Yunusabad rayonunun müstəntiqi işləyib. 2000-ci ilə qədər Daşkənd prokurorluğunun böyük müstəntiqi olub.
 

2000-2003-cü illərdə Respublika Baş Prokurorluğunda daxili təhlükəsizliyin təminatı şöbəsinin müdiri vəzifəsində çalışıb. 
 

2003-2006-cı illərdə Özbəkistan prezidentinin hüquq-mühafizə orqanlarına nəzarət və onların fəaliyyətinin koordinasiya edilməsi üzrə müşaviri olub. 

2006-2008-ci illərdə Baş Prokurorluqda vergi və valyuta cinayətləri ilə mübarizə departamentinin müdiri işləyib.

2008-2011-ci ildə Baş prokurorun müavini olub. 

2011-ci ilin 21 iyun tarixində prezidentin fərmanı ilə Özbəkistanın ədliyyə naziri olub

2015-ci ilin 22 yanvarından Özbəkistan Senatının rəhbəridir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300