Masallının icra başçısından «analoqu» olmayan addım: Rayondakı üçmərtəbəli Musiqi Məktəbini necə inşa ediblərsə, bir mərtəbəsi «yoxa çıxıb»

Masallı rayonunun icra başçısı Rafil Hüseynovun adı yaxın vaxtlarda «Ginnesin Rekordlar Kitabı»na düşə bilər. Hətta onu məşhur sehirbaz Devid Koperfildlə də müqayisə edə bilərlər. Çünki icra başçısının rayonda həyata keçirdiyi işlər sözün həqiqi mənasında sehirbazlıqla müqayisə oluna bilər.

Cumhuriyyet.az xəbər verir ki, Rafil Hüseynovun Koprefildlə müqayisə olunmasının səbəbi bir müddət əvvəl Masallıda inşa edilmiş Musiqi Məktəbinin vəziyyətdidir. Belə ki, sözügedən məktəb əvvəldən üçmərtəbəli olub. Elə hazırkı sənədlərdə də üç mərtəbəli bina olaraq qeydə alınıb. Amma…

Amma ondan ibarətdir ki, Masallı Musiqi Məktəbi tikintidən sonra iki mərtəbədən ibarət olub. Bir mərtəbənin hara yoxa çıxdığı isə məlum deyil. Daha dəqiq desək, bundan yalnız inşaat işlərində məsul olanlar və icra başçısı Rafil Hüseynovdan başqa kimsənin xəbəri yoxdur.(cumhuriyyet.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300