Ermənistan prezidenti Serj Sarkisyan "milli konsensus” adlı hökumətin formalaşdırılmasına başlayıb.

Virtualaz.org bildirir ki, bu barədə arm.info məlumat yayıb.

Sayt hakimiyyətə yaxın mənbələrinə istinadən bildirir ki, bu məqsədlə "Qazprom Mejregionqaz”ın strategiya və inkişaf üzrə baş direktorunun müavini, Yerevanın keçmiş meri Karen Karapetyan artıq Ermənistan paytaxtına çağırılıb: "Mənbənin məlumatına görə, Serj Sarkisyan ondan "milli konsensus” hökumətinə rəhbərlik etməsini xahiş edəcək. İndiki baş nazirin taleyi necə olacaq-mənbə bu barədə məlumat verməyib”. Mənbə bildirib ki, dəyişiklik nazirlərdən də yan keçməyəcək: "Belə ki, Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyan xarici işlər naziri təyin olunacaq. İndiki nazir Edvard Nalbandyan isə Fransaya səfir göndəriləcək.

İstisna olunmur ki, Vigen Sarkisyanın yerinə Milli Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan təyin olunacaq.

Məlumata əsasən, Gömrük Xidmətinin rəhbəri Ovik Ovsepyan da vəzifəsini itirə bilər.

Keçmiş baş prokuror Gevork Kostanyan Yuri Vardanyanın yerinə Gürcüstana səfir göndəriləcək. Baş prokuror postuna namizəd olaraq isə parlamentə hazırda həmin vəzifəni müvəqqəti icra edən Armen Arutyunyanın namizədliyi təqdim olunacaq”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300