Bu günlərdə İzmir prokurorluğunda baş müstəntiq Zəfər Durun hazırladığı 56 səhifəlik ittihamnamə Ağır Cinayətlər Məhkəməsində qəbul edilib. Türkiyənin "Takvim” qəzeti xəbər verir ki, ittihamnamədə FETÖ qruplaşmasının lideri olan Fəthullah Gülənlə bağlı maraqlı faktlar qeyd edilib.

FETÖ-nün maliyyə qaynaqları ilə bağlı başlanan cinayət işinin yekunu olaraq hazırlanan ittiham aktında Fəthullah Gülənin illər öncə Vatikanda Roma Papası İkinci İohan Pavellə görüşdüyü və onun Türkiyəyə gizli kardinal kimi təyin edildiyi qeyd edilir.

İttiham aktında xüsusi vurğulanır ki, Fəthullah Gülən ABŞ-a getməzdən təxminən 1 il əvvəl, daha dəqiq 9 fevral 1998-ci ildə Vatikanda Roma Papası İkinci İohan Pavellə görüşüb. Roma Papası İkinci İohan Pavel bu görüşdən 12 gün sonra 20 kardinal təyin edib. Və ilk dəfə məhz həmin vaxt Papa 100 ildir istifadə edilməyən "in pecture” səlahiyyətindən yararlanaraq iki nəfəri də gizli kardinal təyin edib. "Bu şəxslərin kimlikləri isə qaydalara uyğun olaraq açıqlanmadı. Təyin edilən gizli kardinallardan birinin Fəthullah Gülən olması iddiası bu işdə üstündə xüsusi dayanılmalı olan məsələlərdəndir”, – deyə ittihamnamədə qeyd edilir.

Bu arada qeyd edək ki, 21 fevral 1998-ci il tarixində Roma Papasının istifadə etdiyi xüsusi səlahiyyətin, yəni, "in pecture” teriminin anlamı "kilsənin bağrına basdığı gizli övladı” mənasını verir. Bu ifadə həm də "öz ölkəsində kimliyini gizlədən və başqa dinə mənsub olan şəxs” mənasını ifadə edir. İttiham aktında Fəthullah Gülənin dini fəaliyyəti ilə bağlı başqa qeydlər də var. Qeyd edilir ki, Gülənin irəli sürdüyü dinlərarası dialoq adlı konsepsiyada əslində İslam dininə uyğun olmayan tezislər mövcuddur.

Bundan başqa Türkiyədəki məlum 15 iyul qiyamından sonra bağlanan "Aksiyon” jurnalının 10 illik ildönümü ilə bağlı buraxdığı nömrəsində üz qabığında "İnsanlıq onu gözləyir – Hz. İsa” sözlərinin yazılması da yuxarıda qeyd edilən iddiaları gücləndirir. Həmçinin Fəthullah Gülənin Ədirnədə fəaliyyət göstərdiyi vaxtlarda kilsəyə yazdığı məktublar, onun gizli kardinal olması ilə bağlı kitab yazan müəlliflərin təqib edilməsi də cinayət işinin materiallarına əlavə edilib. Bildirilir ki, İzmir Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin 18 fevralda FETÖ/PDY-yə maliyyə dəstəyinin qarşısını almaq üçün həyata keçirdiyi əməliyyat zamanı ABŞ-dan qayıdan iş adamları Emir Ağbaş və Mehmet Çelikarslan hava limanında tutulublar. Pul transferində əsas fiqurlardan olan bu şəxslər barəsində prokurorluq 10 il həbs qərarının çıxarılmasını məhkəmədən tələb edib.

Zəfər Durun hazırladığı ittihamnamədə FETÖ-nün Türkiyə Silahlı Qüvvələrində minlərlə üzvünün olduğu, onlardan 150-nin isə general olduğu qeyd edilir. Ümumilikdə isə ordu sıralarındakı FETÖ-çülərin sayının 22 mindən çox olduğu bildirilib.(lent.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300