Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində "ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ANS-in vəkili Raqif Mustafayev iddianın başqa hakimin icraatına verilməsi ilə bağlı vəsatət qaldırıb.
 
Vəsatət təmin olunub, iş Müseyib Bayramovun icraatına verilib.
 
Proses Müseyib Bayramovun sədrliyi ilə keçirilib. Hakim işlə tanış olmadığını əsas gətirərək prosesi sentyabrın 9-na təyin edib.
 
Qeyd edək ki, ötən həftə keçirilən hazırlıq iclasında hakim qərarla tanış olmaq üçün ANS-ə vaxt verib.
 
Xatırladaq ki, MTRŞ-nın 18 iyulda keçirilmiş iclasında "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası  Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq "ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.
 
"ANS ÇM Yayım və Media” Şirkəti dəymiş maddi və mənəvi ziyana görə MTRŞ-dan 1 milyon manat təzminat tələb edir. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300