Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, həbsdə olan general-mayor Akif Çovdarovun "Bakı Metropoliteni" sabiq sədri Tağı Əhmədovdan 3 milyon manatı necə almasının detalları məlum olub.

T.Əhmədov A.Çovdarovun həbsindən sonra aparılan araşdırmalar zamanı istintaqda dindirilib və hadisəni danışıb. Müstəntiqin ondan "Siz 3 milyon manatı necə əldə etmişdiniz ki, Akif Çovdarova bu məbləğdə pulu ödəyə bildiniz?" sualına "40 illik əmək haqqımdı, yığıb saxlamışdım" deyə cavab verib.

Bəs Tağı Əhmədov Akif Çovdarova verdiyi 3 milyon manatı hardan alıb? 
Qeyd edək ki, Tağı Əhmədov özü Azadlıq Radiosuna müsahibəsində maaşının 890 manat olduğunu deyib: "Ancaq 40 ildir metropolitendə işlədiyimə görə əlavələr var, onu alıram, "Fəxri dəmiryolçu” kimi əlavələr var, bir də üstəliklər var, onu alıram. Yəni, təkcə 890 manat deyil, bundan bir qədər artıq pul alıram. Amma sırf maaşım 890 manatdır".

Tağı Əhmədov həmin layihədə sualları cavablandırarkən  metropoliten ərazisindəki ticarət obyektlərindən metronun hesabına ayda 70 min manat köçürüldüyünü, bundan "bir qəpik də” vergi vermədiyini və pulun hamısının metronun xərclərinə sərf olunduğunu deyib. 

Tağı Əhmədov ilk əmək fəaliyyətinə 1965-ci ildə "Badamlı" zavodunda fəhlə kimi başlayıb. 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib.
1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.
Tanınmış hüquqşünas Aslan İsmayılov Qaynarinfo.Az-a  bildirib ki, bizim ölkədə nəinki metropoliten rəisinin,  prezidentin belə əmək haqqı ömür boyu yığılsa,  3 milyon etməz: "Bu, yalandı. Əmək haqqı ilə Azərbaycanda heç kim 3 milyon sərvət toplaya bilməz. Bunlar hamısı korrupsiya yolu ilə qazanılmış pullardır.  İndi siz təsəvvür edin ki, Tağı Əhmədov bu ölkə məmurları içərisində dağıdanlar siyahısında deyil. Görün, dağıdanların nə qədər sərvəti var?"

Aslan İsmayılov deyib ki, Tağı Əhmədovun Akif Çovdarova 3 milyon manat verməsi sübut olunsa, o, həbs edilə bilər: "Bunu sübut etmək üçün isə bütün Nazirlər kabinetini həbs etmək lazımdır. Bu təsdiq edir ki, Azərbaycan məmurları korrupsiya yolu ilə milyonlar talayıb".   

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300