Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Bayram Məmmədovun həbs müddəti 2 ay artırılıb.

Bu barədə Xətai Rayon Məhkəməsində qərar verilib. Gənc fəalın işini araşdıran müstəntiq və prokuror bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdi.

B.Məmmədovun vəkili Elçin Sadıqov bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: «Bu müddət ərzində Bayram Məmmədovla bağlı heç bir istintaq hərəkatı aparılmayıb. Biz bunu məhkəmənin də nəzərinə çatdırdıq. Qərarı əsasız sayırıq. Qərardan apellyasiya şikayəti verəcəyik. Eyni zamanda onun ev dustaqlığına buraxılması ilə də bağlı vəsatət verəcəyik».

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi güman olunur.

Q.İbrahimovun işi isə artıq məhkəməyə göndərilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300