Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. 

Partiyadan  verilən məlumata görə, iclasda əvvəlcə təşkilati məsələlərə baxılıb, 10 nəfər Müsavat Partiyasının sıralarına qəbul olunub.

İcra Aparatının rəhbəri Gülağa Aslanlı "Respublika” təşəbbüs qrupunun qeydiyyata alınmaması barədə Apellyasiya Məhkəməsinə edilən şikayətin rədd edilməsi, bu gün həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verilməsi haqqında məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard ilə görüşündən danışıb.

İclasda sentyabr ayının 18-də saat 17.00-dan 19.00-dək "Məhsul” stadionunda 26 sentyabr tarixə elan olunan referendumla bağlı mitinqin keçirilməsi haqqında qərar qəbul edilib.

Divan ölkədə avtokratik rejimin möhkəmlənməsinə qarşı istənilən qanunauyğun təşəbbüsləri dəstəklədiyini, referendumla əlaqədar sentyabrın 11-nə təyin olunan mitinqin hədəflərini, şüar və tələblərini düzgün hesab etdiyini, bu mitinqdə öz tərəfdaşlarının iştirakını məqsədəuyğun hesab etdiyini bəyan edib.

(arqument)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300