Litvada və İspaniyada həyata keçirilmiş beynəlxalq əməliyyat çərçivəsində terrorçuluqda və silah qaçaqmalçılığında ittiham edilən azərbaycanlılar saxlanılıb. 

Virtualaz.org "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün, Vilnüs polisi nümayəndələrinin mətbuat konfransından sonra məlum olub.

Qeyd olunur ki, Litvanın 20-dən çox vətəndaşı terrorçuluqla əlaqədə və silah qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.

"Polis dövriyyədə olan və bir qismi qaçaqmalçılıq yolu ilə İspaniyaya keçirilmiş 50 vahid atıcı silah aşkarlayıb", - bu barədə Vilnüs polisinin baş komissarının müavini Evaldas Şileris deyib. Onun sözlərinə görə, aşkar edilmiş silahlar arasında Makarov tapançası, Kalaşnikov avtomatı və snayper tüfəngləri var.

Polisin məlumatına görə, Litva və İspaniya ərazisində saxlanılan 52 nəfər ümumilikdə 12 ölkənin vətəndaşlarıdır. Bu ölkələr arasında Boliviya, Kolumbiya, Panama, Azərbaycan, Rusiya, Ukrayna, İrlandiya vı Bpyük Britaniya var.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300