Filippin prezidenti Rodriqo Duterte ABŞ prezidenti Barak Obama haqqında nalayiq ifadələr işlədərək onu fahişə oğlu adlanadırıb və insan haqları haqqında bəyanatlar verməməyə çağırıb.

"Sən hörmət qoymağı bacarmalısan. Bəyanatlar vermək, məsələ qaldırmaq lazım deyil. Fahişənin oğlu, mən sammitdə də səni lənətləyəcəm"

 Ölkə.az xəbər verir ki, Filippin prezidenti bu gün Laosda keçiriləcək Şərqi Asiya sammitinə həsr olunmuş mətbuat konfransından öncə belə çıxış edib.

Avqustun 30-da CNN telekanalı Obama və Dutertenin Laos sammitində bir araya gələcəyi barədə məlumat vermişdi. Bildirilmişdi ki, Obama Filippin prezidentini ölkədə insan haqlarını qorumağa çağıracaq. Bu onların ilk görüşü olmaldır.

Xatılrladaq ki, avqustun əvvəlində Filippin prezidenti Amerikanın Filippindəki səfirini əclaf və homoseksualist adlandırmışdı.

71 yaşlı Duterte bu ilin may ayından Filippinə rəhbərlik edir. Onun narkotika ticarəti ilə məşğul olanlara qarşı başlatdığı qanlı mübarizə nəticəsində 2 mindən çox ölkə vətəndaşı öldürülüb. Bunlardan 700 nəfəri polis gülləsinin qurbanı olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300