Böyük Britaniya hakimiyyəti İrana yeni səfir təyin edib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, yeni səfirin adı Nikolas Hoptandır.
O, bundan əvvəl Böyük Britaniyanın Qətər və Yəməndəki səfiri olub.

"Ümid edirəm ki, bu addım iki ölkə arasında məhsuldar əməkdaşlığa imkan verəcək. Bu bizə bəzi məsələləri, o cümlədən insan haqlarının qorunması və terrorçuluğa qarşı mübarizədə birbaşa təmas saxlamağımıza yardım edəcək", - deyə Britaniyaın xarici işlər naziri Boris Conson bildirib.

Qeyd edək ki, 2011-ci il noyabrın 29-da İrana qarşı sanksiyalara etiraz olaraq, Böyük Britaniyanın İrandakı səfirliyinə basqın edilmişdi. Həmin hadisədən sonra rəsmi Londonla Tehran arasında bütün əlaqələr, o cümlədən diplomatik münasibətləri kəsilmişdi. Ötən ilin yayında İranın atom-nüvə proqramı ilə bağlı razılaşmadan sonra tərəflər arasında isti münasibət yaranmağa başlayıb.

Son 5 ildə Britaniya ilk dəfədir İrana səfir təyin edir. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300